Şriftin ölçüsü :

Saytın rəngi :

Şəhid gizir İbrahimov Elnur Dönməz oğlunun xatirəsinə həsr edilmiş tədbir keçirilmişdir

23 oktyabr 2021 | 11:00

Qaradağ rayonunda yerləşən 302 nömrəli tam orta məktəbdə həmin məktəbin məzunu olmuş şəhid gizir İbrahimov Elnur Dönməz oğlunun xatirəsinə həsr edilmiş tədbir keçirilmişdir.
Tədbirdə şəhidin valideynləri, şəhid anaları, qazilər, şəhidin döyüş yoldaşları, Milli Məclisin deputatı Aydın Hüseynov, Qaradağ Rayon İcra Hakimiyyəti başçısının müavini Təranə İsmayılova, Yeni Azərbaycan Partiyasının Qaradağ rayon təşkilatının sədri Qafar Əliyev və ictimaiyyət nümayəndələri iştirak etmişdir.
Dövlət Himni səslənildi, şəhidlərin ruhu bir dəqiqəlik sükutla yad edildi.
Tədbiri giriş sözü ilə 302 nömrəli tam orta məktəbin direktoru Günay Rəhimova açmışdır. Qeyd olunmuşdur ki, Sərhəd Qoşunlarının xüsusi təyinatlı giziri olmuş şəhid İbrahimov Elnur Dönməz oğlu Ələt qəsəbəsində doğulub boya başa çatmışdır. 21 oktyabr 2020-ci il tarixində Zəngilan rayonunun işğaldan azad edilməsi uğrunda aparılan şiddətli döyüşlər zamanı qəhrəmancasına şəhid olmuşdur. Elnur ölümündən sonra Ali Baş Komandan cənab İlham Əliyev tərəfindən “Döyüşdə fərqlənməyə görə”, “Vətən uğrunda”, “Zəngilanın azad olunmasına görə”, “Cəbrayılın azad olunmasına görə” medalları ilə təltif olunub.
Milli Məclisin deputatı Aydın Hüseynov, Qaradağ Rayon İcra Hakimiyyəti başçısının müavini Təranə İsmayılova, Yeni Azərbaycan Partiyasının Qaradağ rayon təşkilatının sədri Qafar Əliyev öz çıxışlarında bildirdilər ki, Ali Baş Komandan cənab İlham Əliyevin qətiyyəti, şəhid və qazilərimizin cəsarəti bizə bu böyük tarixi qələbəni yaşatdı. Dövlətimiz şəhid ailələri və qazilərə xüsusi qayğı ilə yanaşır. Bildirildi ki, cənab Prezident İlham Əliyevin tapşırıq və tövsiyələrinə uyğun olaraq şəhid ailəıləri ilə daim iş aparılır, ehtiyaclarına xüsusi diqqətlə yanaşılır.
Tədbirdə çıxış edən şəhidin döyüş yoldaşları, yaxınları şəhidlə bağlı xatirələrini bölüşdülər.
Elnur İbrahimovun anası çıxış edərək şəhidin xatirəsini əziz tutduqlarına görə tədbir iştirakçılarına təşəkkürünü bildirdi, övladı ilə fəxr etdiyini vurğuladı. Hərtərəfli dəstəyə görə ölkə rəhbərliyinə təşəkkürünü bildirdi.
Tədbir məktəblilər tərəfindən hazırlanmış ədəbi-bədii kompozisiya ilə davam etdi.

Keçidlər