Şriftin ölçüsü :

Saytın rəngi :

Daxili İşlər Nazirliyinin Daxili Qoşunlarının kapitanı olan Türkay Hüseynlinin şəhid olduğu gündən 1 il keçir

03 oktyabr 2021 | 11:00

      Türkay Hüseynli 1990-cı il noyabrın 25-də Bakı şəhərində anadan olub. Subay idi.
     Daxili İşlər Nazirliyinin Daxili Qoşunlarının kapitanı olan Türkay Hüseynli 2020-ci il sentyabrın 27-də Azərbaycan Silahlı Qüvvələri tərəfindən Ermənistan işğalı altında olan ərazilərin azad edilməsi və Azərbaycanın ərazi bütövlüyünün bərpa olunması üçün başlanan Vətən müharibəsi zamanı Cəbrayılın azadlığı uğrunda gedən döyüşlərdə savaşıb. Türkay Hüseynli oktyabrın 3-də Cəbrayıl döyüşləri zamanı şəhid olub. İkinci fəxri xiyabanda General Polad Həşimovla eyni sırada dəfn olunub.
   Azərbaycanın ərazi bütövlüyünün təmin edilməsi uğrunda döyüş əməliyyatlarına qatılan və hərbi hissə qarşısında qoyulmuş tapşırıqların icrası zamanı vəzifə borcunu şərəflə yerinə yetirdiyi üçün Azərbaycan Prezidenti İlham Əliyevin 15.12.2020-ci il tarixli Sərəncamına əsasən Türkay Hüseynli ölümündən sonra "Vətən uğrunda" medalı ilə təltif edildi.
     Azərbaycanın ərazi bütövlüyünün bərpa edilməsi zamanı döyüş əməliyyatlarının rəhbəri olan, düşmənin canlı qüvvəsinin məhv edilməsində rəşadət göstərən, vəzifə borcunu ləqayətlə və vicdanla yerinə yetirdiyinə görə Azərbaycan Prezidenti İlham Əliyevin 15.12.2020-ci il tarixli Sərəncamına əsasən Türkay Hüseynli ölümündən sonra 3-cü dərəcəli "Rəşadət" ordeni ilə təltif edildi.
    Azərbaycanın Cəbrayıl rayonunun işğaldan azad edilməsi uğrunda aparılan döyüş əməliyyatlarına qatılaraq şəxsi igidliyi və şücaəti nümayiş etdirdiyinə görə Azərbaycan Prezidenti İlham Əliyevin 24.12.2020-ci il tarixli Sərəncamına əsasən Türkay Hüseynli ölümündən sonra "Cəbrayılın azad olunmasına görə" medalı ilə təltif edildi.
   02.10.2020 ci il tarixdəAzərbaycanın Daxili İşlər Nazirliyinin Daxili Qoşunlarının kapitanı olan Türkay Hüseynlinin İkinci fəxri xiyabanda yerləşən məzarı ziyarət edilmiş, üzərinə çələng və gül dəstələri qoymuşlar.

Keçidlər