Payız-qış mövsümünə hazırlığın vəziyyəti ilə bağlı müşavirə keçirilib
Qaradağ Rayon İcra Hakimiyyətinin başçısı Süleyman Mikayılovun sədrliyi ilə bu ilin payız-qış mövsümünə hazırlığın vəziyyəti ilə bağlı müşavirə keçirilib.
Rayonun kommunal, təsərrüfat və digər qurumlarının rəhbərlərinin iştirakı ilə keçirilən müşavirədə payız-qış mövsümündə hava şəraitinin kəskin dəyişəcəyi zaman hər bir təşkilatın konkret fəaliyyətini müəyyən edən "Tədbirlər planı” müzakirə olunub.
Müşavirədə çıxış edən Qaradağ Rayon İcra Hakimiyyətinin başçısı Süleyman Mikayılov ölkə başçısı cənab İlham Əliyevin səyləri nəticəsində Qaradağ rayonunun kommunal xidmət strukturlarının lazımi xüsusi təyinatlı müxtəlif texnika ilə təmin olunduğunu və bu istiqamətdə aparılan işlərin davam etdirildiyini xüsusi vurğulayıb. Tapşırıq verilib ki, rayonun qurumları qış aylarında yarana biləcək problemləri dərhal operativ şəkildə həll etməlidir. Son günlər havanın dəyişməsi ilə əlaqədar yağan yağışlar nəticəsində Bakı şəhərinin bəzi ünvanlarında su basması hallarının müşahidə olmasını iclas iştirakçılarının diqqətinə çatdıran başçı Süleyman Mikayılov Qaradağ rayonunda belə halların təkrarlanmaması məqsədi ilə qabaqlayıcı tədbirlərin görülməsi üçün müvafiq tapşırıqlar vermişdir. Belə ki, dağ yamaclarından axan sel sularının qarşısının alınması və xüsusi kanallara axıdılması üçün hazırlıq işlərinin görülməsi, bu kanalların təmizlənməsi, axan suların qarşısında olan bütün maneələrin aradan götürülməsi tapşırılıb. Çırkab suların axdığı boruların içləri yuyulması və lyuklərin təmizlənməsi tapşırığı verilib. Qışa hazırlıqla bağlı çoxmərtəbəli yaşayaış binalarında tüstü bacalarının təmizlənməsi, yağış sularının axanı üçün su novlarının bərpası və təmiri işlərinin yekunları qısa zamanda bir daha yoxlanılması tapşırılıb. Qeyd edilib ki, bütün idarə və təşkilatların xüsusi texnikaları saz vəziyyətdə olmalı, kifayət qədər qum, duz və lazımi inventar ehtiyatı yaradılmalıdır.
Müşavirədə mövsümə hazırlıq məsələləri ilə bağlı aparılan ilkin yoxlamalar zamanı çatışmazlıqların aradan qaldırılması üçün müvafiq tapşırıqlar verilib. Payız-qış mövsümündə rayonun ərazisinə nəzarətin gücləndirilməsi məqsədilə rayon müvafiq cavabdeh ərazilərə bölünərək hər bir ərazi üzrə məsul şəxslər müəyyənləşdirilib, onlar arasında vəzifə bölgüsü aparılıb. Bildirilib ki, hava şəraitinin kəskin dəyişəcəyi təqdirdə hər bir rəhbər şəxs öz iş yerində olmalı və yaranmış problemlərin həlli üçün konkret tədbirlər görməlidir. Həmçinin qışa hazırlıqla bağlı qərargahın yaradılması və aidiyyəti təşkilatların iştirakı ilə müşavirələrin keçirilməsi tapşırılıb və aidiyyəti strukturların üzərinə düşən konkret vəzifələr müəyyən edilib.