Şriftin ölçüsü :

Saytın rəngi :

İbadov Rafiq Baloğlan oğlunun şəhid olduğu gündən 1 il keçir

29 sentyabr 2021 | 11:00

    Qaradağ rayon  İcra Hakimiyyətinin  Başçısı Süleyman Mikayılov, Yeni Azərbaycan Partiyası Qaradağ rayon təşkilatının sədri Qafar Əliyev və Milli Məclisin üzvü Səbinə Xasayeva  44 günlük Vətən müharibəsinin ilk günlərində 29.09.2020 ci il tarixdə  Füzuli uğrunda gedən döyüşlərdə Şəhid olmuş İbadov Rafiq Baloğlan oğlunun Lökbatan  qəsəbəsindəki Şəhidlər xiyabanında yerləşən məzarını ziyarət etmiş,məzarın üzərinə çələng və gül dəstələri qoymuş, Şəhidin ailəsinə  baş çəkmiş və onun il mərasimində iştirak etmişlər.
   Qaradağ Rayon İcra Hakimiyətinin başçısı Süleyman Mikayılov Şəhid ailəsi ilə söhbət etmiş, onları narahat edən problemləri diləmişdir. Şəhidin valideynləri  cənab prezidentə və Mehriban xanıma şəhid ailələrinə göstərən diqqət və qayğıya görə öz minnətdarlıqlarını bildirmişlər.

Keçidlər