Şriftin ölçüsü :

Saytın rəngi :

Məmmədquliyev Ağabəy Zaur oğlunun şəhid olduğu gündən 1 il keçir

28 sentyabr 2021 | 11:00

   28 sentyabr 2020-ci il, 2- ci Qarabağ müharibəsinin Qaradağ rayonunun ilk şəhidi, Korgöz qəsəbəsinin sakini Məmmədquliyev Ağabəy Zaur oğlunun  şəhid olduğu gündən 1 il keçir.
   İldönümü ilə əlaqədar Rayon İcra Hakimiyyətinin başçısı Süleyman Mikayılov, YAP Qaradağ təşkilatının sədri Qafar Əliyev, Milli Məclisin deputatı Səbinə Xasayeva  Şəhidin qəbrini ziyarət etmişlər. Şəhidin qəbri üzərinə tər güllərdən əklil qoymuş, ruhuna dualar oxunmuş, sonra Şəhidin valideynləri ilə görüşərək başsağlığı vermişlər.
   Qaradağ Rayon İcra Hakimiyətinin başçısı Süleyman Mikayılov Şəhid ailəsi ilə söhbət etmiş, onları narahat edən problemləri diləmişdir. Şəhidin valideynləri  cənab prezidentə və Mehriban xanıma şəhid ailələrinə göstərən diqqət və qayğıya görə öz minnətdarlıqlarını bildirmişlər.

 

Keçidlər