Şriftin ölçüsü :

Saytın rəngi :

Qaradağ rayonunda 27- sentyabr “Vətən Müharibəsi Şəhidlərinin Anım Günü” həsr olunmuş ağacəkmə aksiyası keçirilmişdir

27 sentyabr 2021 | 11:00

    27 sentyabr  2020-ci il tarixində Qaradağ rayonunda Azərbaycan Respublikasının ərazi bütövlüyü uğrunda canını qurban vermiş 27 sentyabr- Vətən müharibəsi şəhidlərinin anım gününə ehtiram əlaməti olaraq Qaradağ Rayon İcra Hakimiyyətinin təşkilatçılığı ilə Bakı dairəvi yolunda, Bakı-Qazax yolunun 28-ci kilometrliyində, Rayonun Lökbatan, Sahil və digər qəsəbələrində ölkədə tətbiq olunan karantin rejimi qaydalarına uyğun təşkil olunmuş ağacəkmə aksiyası keçirilmişdir. Keçirilmiş ağacəkmə aksiyasında Qaradağ Rayon İcra Hakimiyyətinin başçısı Süleyman Mikayılov, Yeni Azərbaycan Partiyası Qaradağ Rayon Təşkilatının sədri Qafar Əliyev, Millət vəkilləri, Rayon İcra Hakimiyyəti başçısının müavini Nadir Muradov, Rayon İcra Hakimiyyəti başçısı Aparatının şöbə müdirləri, Hüquq Mühafizə orqanları,  Qaradağ rayon Gənclər və idman İdarəsinin rəisi Elçin Abbasov, “Qaradağ Gənclər Evi” sosial xidmət müəssisəsinin direktoru Natiq İmanov və şəhid ailələrinin üzvləri iştirak etmişdir.     
     Azərbaycan xalqı milli tarixinin ən möhtəşəm səhifəsini yaşayır. 2020-ci il sentyabrın 27-də Ermənistan silahlı qüvvələrinin növbəti təxribatına cavab olaraq, Azərbaycan Ordusu Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə cəbhənin bütün istiqamətlərində əks-hücum əməliyyatları həyata keçirmişdir. 44 gün davam edən müharibə Azərbaycanın parlaq qələbəsi ilə başa çatmış və 30 ilə yaxın müddət ərzində işğal altında olan torpaqlar azad edilmişdir. Ordu ilə bir olan xalq iradə, əzmkarlıq, milli ruh nümayiş etdirərək tarixi ədaləti bərpa etdi. Azərbaycanın ərazi bütövlüyü uğrunda canlarından keçən şəhidlərimizə Allahdan rəhmət diləyirik!  
     Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin 02 dekabr 2020-ci il tarixli Sərəncamı ilə hər il sentyabrın 27-si Azərbaycan Respublikasında “Anım Günü” kimi qeyd edilməsi qərara alınmışdır. 
    İctimaiyyət nümayəndələri ümumilikdə 850 ədədən çox müxtəlif növ ağac əkmişlər. Əkilən ağacların fasiləsiz olaraq suvarılması, ağacların hər zaman yaşıl qalması və torpağın münbit olması üçün damcı ilə suvarma sistemi quraşdırılmışdır.

Keçidlər