Vətən Müharibəsi Qəhrəmanı kapitan Abdullayev Rəşad Arif oğlunun doğum günüdür
Azərbaycanın ərazi bütövlüyünün bərpa edilməsində xüsusi xidmətlərinə və işğal olunmuş ərazilərin azad olunması zamanı düşmənin məhv edilməsi üzrə qarşıya qoyulmuş döyüş tapşırığını yerinə yetirən zaman göstərdiyi qəhrəmanlıq nümunəsinə görə, həmçinin hərbi qulluq vəzifəsini yerinə yetirən zamanı igidliyin və mərdliyin nümayiş etdirilməsinə görə Azərbaycan Respublikasının Prezidenti,cənab Ali Baş Komandan İlham Əliyevin 09.12.2020-ci il tarixli Sərəncamına əsasən Vətən Müharibəsi Qəhrəmanı adı verildi.
2020-ci il sentyabrın 27-də Azərbaycan Silahlı Qüvvələrinin cənab Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə “Dəmir Yumruğ” hərbi əməliyyatlarını başlamasından sonra Murovdağ silsiləsində yerləşən Murov zirvəsinin işğaldan azad edilməsi üçün aparılan hərbi əməliyyatlar Vətən müharibəsi zamanı baş verən ən şiddətli və strateji baxımdan ən önəmli əsas döyüşlərindən biri kimi baş vermişdir.
Murovdağ döyüşləri nəticəsində Azərbaycan Ordusunun hərbi qulluqçuları düşmənə böyük zərbə vuraraq qəhrəmancasına şəhid olmuşdur.Döyüş tapşırığını yerinə yetirən zaman göstərdiyi qəhrəmanlıq nümunəsi göstərən şəhidlərimizdən biridə Azərbaycan Respublikası Müdafiə Nazirliyinin Xüsusi Təyinantlı Qüvvələrinin zabiti, kapitan Abdullayev Rəşad Arif oğludur.
Kapitan Abdullayev Rəşad Arif oğlu 14.09.1988-ci il tarixində Cəllabad rayonunda anadan olmuşdur. 2020-ci il Qarabağın azad olunması uğrunda aparılan 44 günlük Vətən Müharibəsi zamanı 28.09.2020-ci il tarixində Murovdağ döyüşlərində qəhrəmancasına şəhid olmuşdur və ölümündən sonra “Vətən Müharibəsi Qəhrəmanı”, ”Vətən uğrunda”, “Kəlbəcərin azad olunmasına görə”, ”Xocəvəndin azad olunmasına görə” medalları ilə təltif olunmuşdur.
Şəhidin doğum günü ilə əlaqədar olaraq şəhidin məzarı ziyarət olunmuş, məzarı üzərinə əklil qoyulmuşdur. Şəhid ailəsi ilə söhbət edilmiş, şəhidlərimizin əbədi ehtirama layiq olduğu bildirmişdir. Şəhid ailələri, Vətən müharibəsi iştirakçıları ilə bağlı dövlətin mühüm tədbirlər gördüyünü diqqətə çatdırmışdır,göstərilən diqqət və qayğıya görə ölkə Prezidenti, Ali Baş Komandan cənab İlham Əliyevə və birinci Vitse-prezident Mehriban xanım Əliyevaya dərin minnətdarlığını ifadə etmişdir.