Şriftin ölçüsü :

Saytın rəngi :

“Bilik günü” münasibəti ilə Qaradağ rayonu ərazisində yerləşən bütün təhsil müəssisələrində tədbirlər keçirildi

22 sentyabr 2021 | 11:00

   Sentyabr ayının 22-də “Bilik günü” münasibəti ilə Qaradağ rayonu ərazisində yerləşən bütün təhsil müəssisələrində tədbirlər keçirildi. Qaradağ Rayon İcra Hakimiyyəti aparatının məsul işçiləri bu tərdbirlərdə iştirak etdilər.
   Rayon rəhbərliyinin yaxından iştirak etdiyi tədbirdə məktəb müəllimlərinin, şagird heyətinin, valideynlərin və birincilərin sevinci hədsiz idi.
   İlk öncə Azərbaycan Respublikasının Dövlət Himni səsləndi.
   Daha sonra Vətən müharibəsində şəhid olmuş vətən övladlarının xatirəsi bir dəqiqəlik sükutla yad edildi.
   Tədbirlərdə çıxış edən icra hakimiyyətinin və Bakı şəhəri üzrə Təhsil İdarəsinin əməkdaşları, müəllimlər, valideynlər qeyd etdilər ki, bu ilki Bilik günü xüsusi ruh yüksəkliyi ilə keçirilir. 30 ildən sonra xalqımız erməni tapdağı altında inildəyən Qarabağ torpağını Ali Baş Komandanın rəhbərliyi və igid oğullarımızın canı, qanı bahasına işğaldan azad edib.
   Azərbaycan xalqının ümummilli lideri Heydər Əliyevin təhsilin inkişafına, müəllimlərə həmişə böyük diqqət və qayğı ilə yanaşdığını, bu işi dövlət siyasətinin mühüm bir sahəsi hesab etdiyini vurğulandı.
   Təhsil sahəsində əsası Ümummilli liderimiz tərəfindən qoyulmuş islahatlar bu gün Prezident İlham Əliyev tərəfindən yeni mərhələdə və yeni keyfiyyətdə uğurla davam etdirilir və bu sahədə atılan genişmiqyaslı addımlar ölkəmizdə savadlı, istedadlı gənc nəslin yetişməsinə, təhsilin böyük nailiyyətlər əldə etməsinə və nəhayət etibarilə, Azərbaycan dövlətinin sürətli inkişafında əsaslı baza rolunu oynayır.
   Təhsilin inkişafı hər bir ölkədə inkişaf konsepsiyasının mühüm tərkib hissəsidir. Prezident İlham Əliyevin təhsilin inkişafına göstərdiyi diqqət və qayğı onu təsdiqləyir ki, bu mühüm amil dövlət siyasətinin mühüm strateji istiqamətlərindən biridir. Əlbəttə ki, görülən bu işlər və qarşıya qoyulan strateji hədəflər Azərbaycan təhsilinin parlaq gələcəyindən xəbər verir.
  İşğaldan azad edilmiş torpaqlarımızda böyük badlıq və quruculuq işləri aparılır. Gələn il Bilik gününün Qarabağın yeni, abad kəndlərində, şəhərlərində qeyd olunması arzu edildi.
“İlk zəng”in səslənməsi ilə yeni dərs ilinə başlanıldı.

 

 

Keçidlər