Şriftin ölçüsü :

Saytın rəngi :

Müşviqabad qəsəbəsində “Abad məhəllə” sakinlərin istifadəsinə verilmişdir

14 sentyabr 2021 | 11:00

   Prezident İlham Əliyevin regionların sosial-iqtisadi inkişafına, abadlıq-quruculuq işlərinin aparılmasına göstərdiyi qayğı sayəsində hər yerdə olduğu kimi, Qaradağ rayonunda da davamlı olaraq infrastruktur və sosial layihələr icra edilir. Yollar təmir olunur, binaların dam örtüyü dəyişdirilir, fasadları müasir üslubda üzlənir, giriş qapıları təmir edilir, abad məhəllələr salınır, küçələr yenidən qurulur.
   Rayonun bütün qəsəbələrində əhalinin asudə vaxtının təşkili və səmərəli istirahətinin təmin edilməsi üçün abad məhəllənin salınması üçün yerlər ayrılır.
Müşviqabad qəsəbəsində  3q, 4q və 5q binalarının həyətində salınmış növbəti abad məhəllə istifadəyə verilmişdir.
  Ətraf ərazilər abadlaşdırıldı, yeni yaşıllıq zolaqları salındı, abad məhəllədə kölgəliklər və uşaq meydançaları quraşdırıldı. Ətrafda olan çoxmərtəbəli yaşayış  binaların fasadları və giriş qəfəsləri təmir edildi. Şüşələnmə və boyaq işləri görüldü, binaların həyətində asfalt örtüyü salınıb və küçə işıqları quraşdırılmışdır. Binaların dam örtüyü də yenilənmişdir.
   Qeyd edək ki, ərazidə 21 ədəd kölgəlik, 3 ədəd  uşaqlar üçün sürüşkən, 1 ədəd balans, 2 ədəd dairəvi yelləncək tərəzi quraşdırılmışdır. Abadlaşdırılan ərazidə yaşıllaşdırma işləri aparılması üçün 60 kub.m torpaq verilmiş, yeni su xətti çəkilmiş, 100 yaxın müxtəlif ağaclar əkilmiş, 120 kv.m qazon salınmışdır. Ətraf ərazinin yollarının təmiri məqsədi ilə 260 kub.m çıngil verilmiş, 4500 kv.m asfalt örtüyü döşənmiş və üzərində yol hərəkəti qaydalarını müəyyənləşdirən xətlər çəkilmişdir. Abadlaşdırılma işləri çərçivəsində ətrafda olan çoxmərtəbəli yaşayış binalarında 2260 kv.m  rənglənmə işləri aparılmışdır.

Keçidlər