Qaradağ rayonunda da ümumrayon iməciliyi keçirilib.
Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin Bakı şəhərində yaşıllıqların salınması və onların genişləndirilməsinə olan diqqət və qayğısının bariz nümunəsidir ki, hər il paqtaxtın rayonlarında minlərlə yeni ağaclar əkilir, onlara qulluq göstərilir, yeni-yeni yaşıllıq zonaları yaradılır, istirahət parkları salınır.
Ənənəvi olaraq bu gün də Qaradağ rayonunda da ümumrayon iməciliyi keçirilib. İlk öncə bütün ictimai yerlərdə, o cümlədən küçə və prospektlərdə, dayanacaqlarda, bankomatlarda və onların quraşdırıldığı ərazilərdə, çoxmərtəbəli binaların bloklarında, giriş qəfəslərində və liftlərdə dezinfeksiya işləri aparılmışdır.
İməcilik zamanı rayonun bütün qəsəbələrində mövcud yaşıllıqlara qulluq göstərilib, işıq dirəkləri, ticarət obyektlərinin vitrinləri, şüşəli binaların fasadları yuyulub, həmçinin küçə və prospektlərdə ümumi təmizlik işləri aparılıb. Qəsəbələrdə əkilən ağaclar budanıb, bordürlar rənglənib, bəzi ünvanlarda təmir işləri aparılmışdır.
Rayonda son illər ənənə halını almış iməciliklərdə sakinlər, idarə və təşkilatların nümayəndələri yüksək fəallıq nümayiş etdirirlər.
Keçirilmiş iməclikdə rayon sakinləri də fəal iştirak etmiş, öz yaşadıqları məhəlləri təmizləmiş və təşkil edilmiş iməcilikdə görülən işlərə görə Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevə öz minnətdarlıqlarını bildiriblər.