Şriftin ölçüsü :

Saytın rəngi :

Vətənin azadlığını canında dəyərli bilənlər hər zaman zirvədə olur

29 avqust 2021 | 11:00

   Bu gün 29.08.2021-ci il torpaqlarımızın azadlığı uğrunda gedən döyüşlərdə şəhidlik zirvəsinə yüksəlmiş igidlərimizdən birinin, gizir İbrahimov Elnur Dönməz  oğlunun doğum günüdür. İbrahimov Elnur Dönməz  oğlu 29.08.1998 -ci il tarixində Qaradağ rayonu, Ələt qəsəbəsində anadan olmuşdur. Həqiqi hərbi xidmətini başa vurduqdan sonra Dövlət Sərhəd Xidmətində hərbi qulluqçu kimi xidmətini davam etdirmişdir.27 sentyabrda düşmənə qarşı aparılan ədalət mübarizəmizdə xüsusi xidmətlər göstərmişdir. 21.10.2020-ci il tarixində  Zəngilan rayonunun azad olunması uğrunda gedən döyüşlərdə qəhrəmancasına şəhid olmuşdur. Müharibədə göstərdiyi rəşadətə, igidliyə görə “Vətən uğrunda”, “Cəbrayılın azad olunmasına görə”, “Döyüşdə fərqlənməyə görə” medalları  ilə təltif olunmuşdur.
   Qaradağ rayon İcra Hakimiyyətinin rəhbərliyi ,Milli Məclisin deputatı, şəhidimizin xidmət etdiyi hərbi hissənin zabit heyəti, döyüş yoldaşları şəhid İbrahimov Elnur Dönməz   oğlunun doğum günü ilə əlaqədar olaraq şəhidin məzarını ziyarət etmiş, məzarı üzərinə əklil qoymuşdur. Sonra şəhidin doğulub boya-başa çatdığı Ələt qəsəbəsində onun adının əbədiləşdirilməsi üçün inşa edilmiş bulağ kompleksinin açlışında iştirak edilmişdir.
Daha sonra şəhidin evi ziyarət olunmuş, şəhid ailəsinə ərzaq  və maddi yardım edilmişdir. Şəhid ailəsi ilə söhbət edilmiş, şəhidlərimizin əbədi ehtirama layiq olduğu bildirmişdir. Şəhid ailələri, Vətən müharibəsi iştirakçıları  ilə bağlı dövlətin mühüm tədbirlər gördüyünü diqqətə çatdırmışdır.
  Şəhidin valideynləri dövlət səviyyəsində şəhid ailələrinə göstərilən diqqət və qayğıdan razı olduqlarını  bildirmiş  və  ölkə Prezidenti, Ali Baş Komandan cənab İlham Əliyevə və birinci Vitse-prezident Mehriban xanım Əliyevaya dərin minnətdarlığını ifadə etmişdir.

Keçidlər