Şriftin ölçüsü :

Saytın rəngi :

Qobustan Dövlət Tarixi və Bədii Qoruğu ilə tanışlıq

16 may 2013 | 10:00

Ümummilli Lider Heydər Əliyevin 90 illiyinə həsr olunan “Heydər Əliyev və Azərbaycan Respublikasının Beynəlxalq gənclər siyasəti" adlı beynəlxalq konfransa dəvət edilmiş xarici qonaqlar tədbir zamanı Qobustan Dövlət Tarixi və Bədii Qoruğunu ziyarət etmişlər.


Azərbaycan xalqının Ümummilli Lideri Heydər Əliyevin anadan olmasının 90-cı  ildönümünə həsr olunmuş və Qaradağ Rayon İcra Hakimiyyətinin  təşkilatçılığı ilə “Heydər Əliyev və Azərbaycan Respublikasının Beynəlxalq gənclər siyasəti" mövzusunda keçirilmiş  iki günlük Beynəlxalq konfransa dəvət edilmiş xarici qonaqlar tədbir zamanı Qobustan Dövlət Tarixi və Bədii Qoruğunu ziyarət etmişlər.
Qobustan Dövlət Tarixi və Bədii Qoruğunun işçiləri Qobustan Dövlət Tarixi və Bədii Qoruğunun yaranması tarixindən danışmış və bu qoruğun Yuneskonun inciləri sırasına, mədəni irs siyahısına  daxil edilməsində Azərbaycanın Respublikasının birinci xanımı Mehriban Əliyevanın misilsiz xidmətlərinin olduğunu qeyd etmişlər.
Xarici qonaqlar Qobustan Dövlət Tarixi və Bədii Qoruğunu ekskursiya edərək eksponatlara baxmışlar.

Keçidlər