Zəfər ətirli Müqəddəs Qurbanı Bayramı Qaradağ rayonunda geniş qeyd olunmuşdur
İslam aləminin xeyirxahlıq, qardaşlıq və yardımlaşma kimi gözəl hisslərini təqdim edən ən əziz bayramlardan biri Müqəddəs Qurban bayramı Qaradağ rayonu ərazisində geniş qeyd olunmuşdur.
Qaradağ Rayon İcra Hakimiyyətinin başçısı Süleyman Mikayılov şəhid ailələrini ziyarət edərək onları bayram münasibəti ilə təbrik etmiş, onları narahat edən məsələlər ilə maraqlanmışdır. Qaradağ rayonunda 212 birinci Qarabağ Müharibəsi şəhid ailəsi, 36 ikinci Qarabağ Müharibəsi şəhid ailəsi, 140 Vətən Müharibəsi iştirakçısı və müxtəlif dərəcəli bədən xəsarəti almış şəxslər, 14 İkinci Qarabağ Müharibəsi əlili ziyarət edilmiş və ümumilikdə 388 ailəyə qurban payı verilmişdir.
Bundan əlavə Qurban Bayramı münasibəti ilə rayonun 11 qəsəbəsində qurbanlar kəsilmiş, 1550 nəfər aztəminatlı ailəyə qurban payı verilmişdir.
Göstərilən yardımı böyük sevinclə qarşılayan hər bir ailə Müqəddəs bayramların ölkə ərazisində yüksək səviyyədə keçirilməsinə və onlara yetirilən hərtərəfli diqqət və qayğıya görə Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevə böyük minnətdarlıqlarını bildirmişlər.