Şriftin ölçüsü :

Saytın rəngi :

“2022-Şuşa ili”nə həsr olunmuş hesabat konserti keçirib.

24 may 2022 | 10:33

     Mayın 23-də  Bakı Şəhər  Mədəniyyət Baş İdarəsinin C.Qaryağdıoğlu adına 9 nömrəli Uşaq Musiqi Məktəbi  “2022-Şuşa  ili”nə həsr  olunmuş  hesabat konserti keçirib. Konsert Ə.Əmirov  adına Mədəniyyət Sarayında  baş  tutub. Konsertdə Baş İdarəsinin rəisi İbrahim Əliyev, Qaradağ Rayon İcra Başçısının müavini Təranə İsmayılova, YAP Qaradağ Rayon Təşkilatının sədri Qafar Əliyev, uşaq musiqi, incəsənət məktəblərinin direktorları və ictimayyət  nümayəndələri  iştirak ediblər.

   Aparıcı konserti açiq elan edərək, Azərbaycan Respulikasının Prezidenti İlham Əliyevin  Şuşanı Azərbaycanın mədəniyyət  paytaxtı elan etməsindən, 2022-ci ilin “Şuşa  ili” kimi tarixə düşməsinin əhəmiyyətindən danışıb. Daha sonra məktəb şagirdlərinin ifasında M. Maqomayev, Y.Derbenko, C.Rossini kimi Azərbaycan və dünya bəstəkarlarının əsərləri  səsləndirilib.

     Tədbir “Qarabağ Şikəstəsi” ilə yekunlaşıb.

Keçidlər