Şriftin ölçüsü :

Saytın rəngi :

2018-ci ilin noyabr ayında atletika, voleybol və basketbol idman növləri üzrə rayon birinciliyi keçirildi.

30 noyabr 2018 | 14:58

   Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin 15 sentyabr 2017-ci il tarixli, 3236 nömrəli Sərəncamı ilə təsdiq edilmiş “Azərbaycan gəncliyi 2017–2021-ci illərdə” Dövlət Proqramı”nın Qaradağ rayonunda icrası məqsədilə 2018-ci ilin noyabr ayında atletika, voleybol və basketbol idman növləri üzrə rayon birinciliyi keçirildi.

   İlk olaraq Qaradağ Rayon Gənclər və İdman İdarəsinin rəisi Elçin Abbasov tədbir iştirakçılarına “Azərbaycan gəncliyi 2017–2021-ci illərdə” Dövlət Proqramı” barədə ətraflı məlumat vermişdir.

   Yarışda atletika üzrə 5-7-cı siniflər, voleybol üzrə 7-9-cu sinif qızları, basketbol üzrə 9-11-ci siniflərin oğlanları iştirak edirlər.

   Yarışlar rayon Gənclər və İdarəsi tərəfindən hazırlanmış cədvəl üzrə keçirildi. Voleybol yarışı 22 noyabr və basketbol yarışı 26 noyabr tarixində 273 nömrəli  tam orta məktəbdə, atletika yarışı 28 noyabrda Qaradağ Təlim-İdman Mərkəzində keçirildi. Voleybol üzrə birinci yeri 106 nömrəli,  basketbol üzrə birinci yeri 139 nömrəli,  atletika üzrə birinci yeri 273 nömrəli məktəblər qazanmışdır.

   Qalib komandaların üzvləri müxtəlif hədiyyələr, diplom və kubokla təltif edilmişlər.

Keçidlər