Şriftin ölçüsü :

Saytın rəngi :

“Narkotiklərə yox deyirik”

25 iyun 2021 | 11:00

    25 iyun 2021-ci il il tarixdə Heydər Əliyev Parkında Qaradağ rayon İcra Hakimiyyəti başçısının yanında Narkomanlığa və narkotik vasitələrin qanunsuz dövriyyəsinə qarşı mübarizə üzrə komissiyanın təşkilatçılığı ilə “Narkotiklərə yox deyirik” mövzusunda sərgi təşkil olundu.
    Tədbirdə Qaradağ rayon İcra Hakimiyyətinin, rayon Gənclər və İdman İdarəsinin, Qaradağ rayon Polis İdarəsininməsul əməkdaşları, orta məktəb müəllim və şagirdləri, yerli sakinlər iştirak edirdi.
   Qaradağ  rayon Gənclər və İdman İdarəsinin rəisi  E.Abbasov sərginin keçirilməsində məqsədin bəşəriyyət üçün faciəyə çevrilən narkomanlığa qarşı mübarizədə hər kəsi fəal olmaq, ictimaiyyəti bu sahədə maarifləndirməyə səsləmək olduğunu bildirdi. O, komissiya tərəfindən görülən işlər və aparılan maarifləndirmə tədbirlərindən danışdı. Ölkə Prezidenti cənab İlham Əliyevin müvafiq sərəncamı ilə imzalanmış 2019-2024-cü illəri əhatə edən “Narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının qanunsuz dövriyyəsi və narkomanlığın yayılması ilə mübarizə üzrə Dövlət Proqram”ı diqqətə çatdırıldı. Rayon İcra Hakimiyyətinin hüquq şöbəsinin məsləhətçisi Mirzəyeva Sumaxanım qeyd etdi ki, Qaradağ rayon İcra Hakimiyyəti başçısının müvafiq sərəncamı ilə “Narkomanlığa və narkotik vasitələrin qanunsuz dövriyyəsinə  qarşı mübarizə üzrə” rayon komissiyası yaradılmış və həmin komissiyanın fəaliyyəti dövründə təsdiq olunmuş tədbirlər planına əsasən idarə, təşkilar və müəssisələrdə, o cümlədən məktəblərdə silsilə xarakterli tədbirlər keçirilmişdir. Narkomanlıqla mübarizədə görülməsi vacib oilan işlərdən danışan çıxışçı  narkotiklərin insan orqanizminə məhvedici təsirindən, onların doğurduğu faciələrdən söhbət açaraq  narkomanlığın qarşısının alınması ilə bağlı həyata keçirilən tədbirlərə diqqətin artırılması, belə tədbirlərə ictimaiyyət nümayəndələrinin cəlb edilməsi, təşkilatlar və müvafiq komissiyalar arasında əlaqələrin genişləndirilməsinin vacib olduğunu qeyd etdi.
   Daha sonra iştirakçılar tərəfindən sərgiyə baxış keçirildi. Diqqəti daha çox cəlb edən gənc rəssamların canlı olaraq çəkdikləri rəsmlər oldu. Onlar çəkdikləri rəsmlərin mənası, rəng çalarları, hansı düşüncələr yaratmaq ehtimalı barədə sərgi iştirakçılarına məlumat verdilər. Tədbirin sonunda həmin gənc rəssamlara mükafatlar təqdim olundu və “Narkomanlığa və narkotik vasitələrin qanunsuz dövriyyəsinə  qarşı mübarizə üzrə” rayon komissiyası tərəfindən hazırlanmış broşurlar iştirakçılara paylanıldı.

Keçidlər