Şriftin ölçüsü :

Saytın rəngi :

Şəhidlik zirvəsinə yüksəlmiş igidimiz Fərziyev Saməddin Mehman oğlunun doğum günüdür

20 iyun 2021 | 11:00

   Ən uca zirvədə dayanmış Şəhidlər bizim qürur mənbəyimiz, and yerimizdir! Onlar Vətən qədər əbədi yaşayacaqlar! Biz onları heç vaxt unutmayacağıq!
   Bu gün 20.06.2021-ci il torpaqlarımızın azadlığı uğrunda gedən döyüşlərdə şəhidlik zirvəsinə yüksəlmiş igidlərdən birinin, Fərziyev Saməddin Mehman oğlunun doğum günüdür. Fərziyev Saməddin Mehman oğlu 20.06.2001-ci il tarixində Lerik rayonunda anadan olmuşdur. Vətən müharibəsində əsgər kimi şərəfli döyüş yolu keçmiş və 21.10.2020-ci il tarixində şəhidlik zirvəsinə ucalmışdır. Ailəsi Qaradağ rayonu Lökbatan qəsəbəsində yaşadığı üçün Lökbatan qəsəbəsində şəhidlər xiyabanında dəfn olunmuşdur. Müharibədə göstərdiyi rəşadətə görə o bir neçə medallar ilə təltif olunmuşdur.
   Qaradağ rayon İcra Hakimiyyətinin rəhbərliyi şəhid Fərziyev Saməddin Mehman oğlunun doğum günü ilə əlaqədar olaraq şəhidin məzarını ziyarət etmiş, məzarı üzərinə əklil qoymuşdur.
   Daha sonra şəhidin evi ziyarət olunmuş,şəhid ailəsinə ərzaq yardımı edilmişdir. Şəhid valideyinləri ilə söhbət edilmiş, şəhidlərimizin əbədi ehtirama layiq olduğu bildirmişdir, Vətənimiz üçün gərəkli övlad böyütdükləri üçün onlara təşəkkür edilmiş və şəhid ailələri, Vətən müharibəsi iştirakçıları  ilə bağlı dövlətin mühüm tədbirlər gördüyünü diqqətə çatdırmışdır.
   Şəhid valideyinləri dövlət səviyyəsində şəhid ailələrinə göstərilən diqqət və qayğıdan razı olduqlarını  bildirmiş  və  ölkə Prezidenti, Ali Baş Komandan cənab İlham Əliyevə dərin minnətdarlığını ifadə etmişdir.

Keçidlər