Şəhid və qazi ailələrinin övladları ilə evlərində görüş keçirmişdir
01 iyun 2021 | 11:00
01.05.2021-ci il tarixində 1 İyun Uşaqların Beynəlxalq Müdafiəsi günü münasibəti ilə Qaradağ rayon İcra Hakimiyyəti və YAP Qaradağ rayon təşkilatının fəallları şəhid və qazi ailələrinin övladları ilə evlərində görüş keçirmişdir.
Görüşdə uşaqlara hədiyyələr təqdim olunmuş onların istək və arzuları dinlənilmişdir. Canlarını vətən uğrunda, torpaqlarımızın ərazi bütövlüyü uğrunda fəda etmiş şəhidlərimizin övladları bu görüşdən sevinmişdir. Bu görüşlər xalqımız və dövlətimizin şəhid övladlarına qarşı olan diqqət və qayğısının nümunəsidir. Onların sevinci bizimdə sevincimizdir. Onlar bizə əmanətdir.