YAP Qaradağ rayon təşkilatının fəalları şəhid və qazi ailələrini ziyarət ediblər
Qaradağ rayon İcra Hakimiyyətinin təşəbbüsü və BOS SHELF şirkətinin dəstəyi ilə YAP Qaradağ rayon təşkilatının fəalları rayon ərazisində yaşayan Vətən Müharibəsi şəhid və qazi ailələrini ziyarət ediblər.
Rayon təşkilatının fəalları şəhid və qazi ailələrinin vəziyyəti ilə maraqlanıb, onlara qəhrəman oğul böyütdüklərinə görə təşəkkür ediblər.
Bildirilib ki, Azərbaycan xalqı öz oğullarının qəhrəmanlıqlarını yüksək qiymətləndirir , hər zaman onların bu igidliyini uca tutacaqdır.
Şəhid və qazi ailələri göstərilən diqqətə görə, Prezident İlham Əliyevə və Birinci vitse-prezident Mehriban Əliyevayə öz təşəkkürlərini bildiriblər.
Qeyd edək ki, şəhid və qazi ailələrinə ərzaq yardımı göstərilib.