Xristianların Müqəddəs Pasxa bayramı
11 may 2013-cü il tarixində Qaradağ rayonu, Sahil qəsəbəsindəki “Xəzri” şadlıq evində Xristianların Müqəddəs Pasxa bayramı münasibəti ilə bayram şənliyi keçirilmişdir.
11 may 2013-cü il tarixində Qaradağ rayonu, Sahil qəsəbəsindəki “Xəzri” şadlıq evində Xristianların Müqəddəs Pasxa bayramı münasibəti ilə bayram şənliyi keçirilmişdir.
Tədbirdə Qaradağ Rayon İcra Hakimiyyəti başçısının müavini Zəfər Əliyev, rayon İcra hakimiyyətinin məsul işçiləri, Rus və Ukrayna səfirliklərin nümayəndələri, rayonun Rus və Ukrayna icmalarının üzvləri iştirak etmişlər.
Tədbiri giriş sözü ilə açan Qaradağ Rayon İcra Hakimiyyəti başçısının müavini Zəfər Əliyev tədbir iştirakçılarını Müqəddəs Pasxa bayramı münasibətilə təbrik etmişdir. O çıxışında bildirmişdir ki, Pasxa bayramı İsa Məsihin çarmıxa çəkilməsi, dəfni və yenidən dirilməsi kimi səciyyələnir. Pasxa bayramı həmçinin İsa Məsihin Qüdsə gəlişi günü kimi də qeyd olunduğunu, İsa Məsihin Qüdsə gələrkən insanlar əllərində palma budaqları ilə onu qarşıladıqları üçün bəzi xristian ədəbiyyatlarında Pasxanın qeyd olunduğu günə “Palma günü”də deyildiyini bildirmişdir. Pasxaya “Böyük gün”, “Diriliş günü” kimi adlar da verilmişdir.
Mahiyyət etibarilə “Pasxa” günahlardan təmizlənmə, Tanrıya ibadət və tövbə günü kimi qəbul olunur. Xristianlar inanırlar ki, İsa Məsih çarmıxa çəkilməyi könüllü olaraq qəbul etmiş və ona iman bəsləyənlərin törətdikləri günahların əvəzinə özünü qurban vermişdir.
Daha sonra Qaradağ Rayon İcra Hakimiyyəti başçısının müavini Zəfər Əliyev bildirmişdir ki, müasir Azərbaycanımızda bu gün bütün millətlərin nümayəndələri qarşılıqlı anlaşma, dostluq, qardaşlıq şəraitində yaşayırlar. Slavyanəsilli sakinlər öz doğma vətənlərində azərbaycanlılarla bir yerdə bərabərlik şəraitində yaşayır, işləyir və öz etiqad azadlıqlarını sərbəst həyata keçirirlər. Onlara qarşı heç bir milli-dini zəmində məhdudiyyət qoyulmur. Öz adət-ənənələrini istəklərinə uyğun qoruyur və yaşadırlar. Bütün bunlar hörmətli Prezidentimiz cənab İlham Əliyevin yaratdığı sağlam ictimai-siyasi mühitin nəticəsidir. Məhz Möhtərəm cənab Prezidentin sayəsində tolerantlıq qorunub saxlanılır, müxtəlif ənənəvi dinlərə və təriqətlərə hörmət, ehtiram bəslənilir.
Bayram şənliyi müxtəlif konkurs, maraqlı rəqslərlə davam etmişdir.