Şriftin ölçüsü :

Saytın rəngi :

20 Yanvar  faciəsinin  otuz altıncı ildönümünə  həsr  olunmuş “Azadlıq mübarizəsi” adlı rəsm sərgisi keçirildi

16 yanvar 2026 | 16:00

   16 yanvar 2026-ci il tarixində Qaradağ Rayon Heydər Əliyev Mərkəzində Qaradağ Rayon İcra Hakimiyyətinin, Bakı Şəhəri Gənclər və İdman İdarəsinin Qaradağ rayon sektorunun və Heydər Əliyev Mərkəzinin birgə təşkilatçılığı ilə 20 Yanvar  faciəsinin  otuz altıncı  ildönümünə  həsr  olunmuş  “Azadlıq mübarizəsi” adlı istedadlı yeniyetmə və gənclərin rəsmlərindən  ibarət sərgi keçirildi. Tədbirdə Qaradağ Rayon İcra Hakimiyyəti Başçısı Aparatının İctimai-siyasi və humanitar məsələlər sektorunun baş məsləhətçisi Vəfa Talıbova, Qaradağ rayon gənclər və idman sektorunun müdiri Elçin Abbasov, Heydər Əliyev Mərkəzinin direktoru Çərkəz Əliyeva, “N” saylı hərbi hissənin zabitləri və rayon gəncləri iştirak etdilər.

   Sərgidə gənc həvəskarların rəsm işləri nümayiş olundu. Sərgi nümayişindən sonra tədbir dəyirmi masada davam etdi. Əvvəlcə şəhidlərin əziz xatirəsi bir dəqiqəlik sükutla yad edildi.

   Tədbiri giriş sözü ilə Qaradağ rayon gənclər və idman sektorunun müdiri Elçin Abbasov açaraq 20 Yanvar faciəsi və Azərbaycan xalqının azadlıq uğrunda apardığı mübarizələr haqqında məlumat verdi.

   Tədbirdə çıxış edənlər 36 il öncə baş verən bu qanlı faciənin hər birimizin yaddaşına əbədi olaraq həkk olunduğunu, həmin gün Azərbaycan tarixinə Qanla yazılmış bir səhifə olsa da, bu tarixin eyni zamanda Azərbaycan dövlətinin istiqlal yolunun ilk zirvəsi, milli məfkurəmizin azadlıq istəyinin oyanış günü olduğunu bildirdilər. Ulu Öndər Heydər Əliyevin həmin günlərdə Azərbaycan xalqının kədərini bölüşməklə yanaşı, Qanlı 20 Yanvar hadisəsinə ilk həqiqi siyasi qiymət verdiyi diqqətə çatdırıldı. Azərbaycan xalqının tarixinə Qanlı Yanvar faciəsi kimi daxil olmuş 1990-cı ilin 20 yanvar hadisələrindən 36 il ötməsinə baxmayaraq, 20 Yanvar qəhrəmanlıq, şəhidlik zirvəsi kimi xalqımızın qan yaddaşına əbədi həkk olunduğu və 20 Yanvar faciəsini hər il Ümumxalq Hüzn Günü kimi qeyd etməklə öz qəhrəman övladlarının əziz xatirəsini dərin ehtiramla yad edildiyi qeyd olundu.

Keçidlər