20 İyun – qaz təsərrüfatı işçilərinin peşə bayramı günü münasibətilə Qaradağ Rayon İcra Hakimiyyətində tədbir keçirilmişdir.
19 iyun 2026-cı il tarixində 20 İyun – qaz təsərrüfatı işçilərinin peşə bayramı günü münasibətilə Qaradağ Rayon İcra Hakimiyyətində tədbir keçirilmişdir.
Tədbirdə Qaradağ Rayon İcra Hakimiyyəti başçısının səlahiyyətlərini icra edən başçının birinci müavini Emil Abbasov, rayon icra hakimiyyətinin məsul əməkdaşları, "Azəriqaz" İstehsalat Birliyinin Bakı Regional Qaz İstismar İdarəsinin Qaradağ Rayon Xidmət sahəsinin rəisi Tofiq Əliyev və Qaz İstismar Sahəsinin əməkdaşları iştirak etmişlər.
Tədbirdə çıxış edən Qaradağ Rayon İcra Hakimiyyəti başçısının səlahiyyətlərini icra edən başçının birinci müavini Emil Abbasov qaz təsərrüfatı işçilərini peşə bayramı günü münasibətilə təbrik edərək qeyd etmişdir ki, son illərdə qaz infrastrukturunun müasirləşdirilməsi, yeni yaşayış məntəqələrinin qazlaşdırılması, mövcud şəbəkələrin yenilənməsi və əhaliyə göstərilən xidmətlərin keyfiyyətinin yüksəldilməsi istiqamətində həyata keçirilən tədbirlər vətəndaş məmnunluğunun təmin olunmasına mühüm töhfə verir. Bildirilmişdir ki, Qaradağ rayonunda da qaz təsərrüfatı sahəsində çalışan əməkdaşlar öz peşə borclarını məsuliyyətlə yerinə yetirərək rayon sakinlərinin fasiləsiz və təhlükəsiz qaz təchizatının təmin olunması üçün əzmlə çalışırlar.
Daha sonra çıxış edən "Azəriqaz" İstehsalat Birliyinin Bakı Regional Qaz İstismar İdarəsinin Qaradağ Rayon Xidmət sahəsinin rəisi Tofiq Əliyev göstərilən diqqət və yüksək qiymətə görə Qaradağ Rayon İcra Hakimiyyətinin rəhbərliyinə minnətdarlığını ifadə etmiş, qaz təsərrüfatı işçilərinin bundan sonra da üzərlərinə düşən vəzifələri layiqincə yerinə yetirmək, əhaliyə keyfiyyətli xidmət göstərmək və təhlükəsiz istismar prinsiplərinə ciddi əməl etmək istiqamətində fəaliyyətlərini davam etdirəcəklərini bildirmişdir.
Sonda qaz təsərrüfatı sahəsində səmərəli fəaliyyəti, peşəkarlığı və nümunəvi xidməti ilə fərqlənən bir qrup əməkdaşa Qaradağ Rayon İcra Hakimiyyəti tərəfindən fəxri təşəkkür plaketləri təqdim olunmuşdur.






