Şriftin ölçüsü :

Saytın rəngi :

“2 fevral - Azərbaycan gəncləri günü” münasibətilə hərbi hissənin şəxsi heyəti ilə görüş keçirildi.

28 yanvar 2023 | 16:46

28 yanvar 2023-cü il tarixində Qaradağ Rayon İcra Hakimiyyəti və Qaradağ rayon Gənclər və İdman İdarəsinin birgə təşkilatçılığı ilə Qaradağ rayonu Puta qəsəbəsində yerləşən “N” saylı hərbi hissədə “2 fevral - Azərbaycan gəncləri günü” münasibətilə hərbi hissənin şəxsi heyəti ilə görüş keçirildi.

Rəsmi hissə əsgərlərin Azərbaycan Respublikasının Dövlət Himnini oxuması ilə başlandı. Daha sonra Vətən uğrunda canlarını fəda etmiş şəhidlərin ruhu bir dəqiqəlik sükutla yad edildi.

Tədbiri giriş sözü ilə açan Qaradağ rayon Gənclər və İdman İdarəsinin rəisi Elçin Abbasov Azərbaycanda gənclər hərəkatının tarixindən,  Azərbaycan gənclərini vahid təşkilat altında birləşdirmək,  dövlət orqanlarının diqqətini gənclərlə bağlı problemlərə yönəltmək məqsədilə həyata keçirilmiş islahatlarda Ümummilli Lider Heydər Əliyevin əvəzsiz xidmətlərindən xüsusilə danışdı.

O, “2015-2025-ci illərdə Azərbaycan gəncliyinin inkişaf strategiyası və qarşıda duran vəzifələr” haqqında, “2 fevral gənclər günü” münasibətilə keçirilən tədbirlər barədə qısa məlumat verdi.

Hərbi hissənin komandir müavini ölkədəki gənclər hərəkatına, orduya göstərilən diqqət və qayğıya, yaradılan hərtərəfli şəraitə görə Azərbaycan Respublikasının Prezidenti, Ali Baş Komandan cənab İlham Əliyevə minnətdar olduqlarını bildirdi.

Tədbirin ikinci hissəsində Ə.Əmirov adına Mədəniyyət Sarayının təqdimatında şəxsi heyət üçün konsert proqramı verildi.

Sonda hərbi xidmətdə fərqlənmiş əsgərlər hədiyyələr ilə mükafatlandırıldılar.

Keçidlər