Şriftin ölçüsü :

Saytın rəngi :

“Heydər Əliyev – Milli və müstəqil Azərbaycan dövlətinin banisi” mövzusunda videokonfrans keçirilib

08 may 2021 | 11:00

   Qaradağ Rayon İcra Hakimiyyəti və YAP Qaradağ rayon təşkilatının birgə təşəbbüsü ilə “Heydər Əliyev – Milli və müstəqil Azərbaycan dövlətinin banisi” mövzusunda videokonfransı keçirilib.

   Videokonfransı giriş sözü ilə Qaradağ Rayon İcra Hakimiyyətinin başçısı, YAP Qaradağ rayon təşkilatının sədr müavini Süleyman Mikayılov açaraq bildirib ki, müstəqil Azərbaycan dövlətinin qurucusu və memarı, bütün varlığı ilə vətəninə, xalqına bağlı olan dünya şöhrətli siyasətçi və böyük dövlət xadimi, Ümummilli Lider Heydər Əliyev çağdaş tariximizdə əbədiləşmış, respublikamıza rəhbərliyinin bütün dövrlərində vətən və xalq qarşısında misilsiz xidmətlər, xilaskarlıq missiyası, zəngin dövlətçilik irsi nümunəsi göstərib. Heydər Əliyevin parlaq dühası Onu Azərbaycan xalqının Ümummilli Liderinə, dünya siyasətinin nəhənglərindən birinə çevirib. Odur ki, Azərbaycan xalqı bu böyük övladı ilə haqlı olaraq fəxr edir.

   YAP Qaradağ rayon təşkilatının sədri, millət vəkili Aydın Hüseynov çıxışında bildirib ki, Ulu Öndər Heydər Əliyevin Azərbaycana rəhbərlik etdiyi dövr bütövlükdə xalqın azadlıq, müstəqillik arzularının gerçəkləşməsi, real hüquqi, siyasi və iqtisadi əsasların yaradılması, bu möhkəm baza üzərində qazanılmış dövlət müstəqilliyinin möhkəmləndirilməsi, xalqın təbii konstitusion hüquqlarına sahib çıxması, milli-mənəvi yüksəlişə nail olması kimi iftixar doğuran şanlı epoxanı əhatə edir.

   Daha sonra YAP Qaradağ rayon təşkilatının üzvü, Ə.Əmirov adına NQÇİ-nin rəisi Fəxri Haqverdiyev, YAP Qaradağ rayon təşkilatının şura üzvü, 228 saylı məktəbin direktoru Səkinə Rzayeva, YAP Qaradağ rayon təşkilatının Gənclər Birliyinin sədri Seyidməmməd Məmmədzadə çıxış edərək Ulu Öndərin Azərbaycana rəhbərlik etdiyi dövrü dövlətçilik tariximizin şanlı səhifəsi adlandırıblar.

Keçidlər