Şriftin ölçüsü :

Saytın rəngi :

II Vətən müharibəsi şəhidi baş leytenant Rəsman Həmidovun xatirəsinə həsr olunmuş şahmat turniri

06 aprel 2021 | 11:00

   06 aprel 2021-ci il tarixdə  Bakı şəhər Gənclər və İdman Baş İdarəsi, Qaradağ rayon Gənclər və İdman İdarəsi, “İDEA” Şahmat Klubunun birgə təşkilatçılığı ilə II Vətən müharibəsində şəhid olmuş baş leytenant Rəsman Həmidovun xatirəsinə həsr olunmuş şahmat turnirinin onlayn formatda açılış mərasimi keçirildi. Virtual tədbirdə Azərbaycan Respublikasının Milli Məclisinin deputatı Aydın Hüseynov, Qaradağ Rayon İcra Hakimiyyəti başçısının müavini Təranə İsmayılova, Bakı şəhər Gənclər və İdman Baş İdarəsinin rəisi Raqif Abbasov, şəhidin atası Mərdan Həmidov, gənclər və idmançılar iştirak edirdi.
   Mərasimi giriş sözü ilə açan Qaradağ rayon Gənclər və İdman İdarəsinin rəisi E.Abbasov Qaradağ rayonu, Müşfiqabad qəsəbəsi, 320 nömrəli tam orta məktəbin məzunu olan Rəsman Həmidovun xatirəsinə həsr edilmiş turnirin məqsəd və vəzifələrindən, miqyasından danışdı. Qarabağ uğrunda gedən döyüşlərdə və eləcə də Azərbaycanın dövlətçiliyi, müstəqilliyi uğrunda həlak olmuş şəhidlərimizin ruhu bir dəqiqəlik sükutla yad edildikdən sonra şəhidin uşaqlıq və məktəb illərini, onun idman həyatını əks etdirən şəkillərdən ibarət video-çarx nümayiş etdirildi.
   Çıxış edən şəxslər, millət vəkili Aydın Hüseynov, rayon icra hakimiyyəti başçısının müavini Təranə İsmayılova, Bakı Bakı şəhər Gənclər və İdman Baş İdarəsinin rəisi Raqif Abbasov Azərbaycan Respublikasının Prezidenti, Ali Baş Komandan İlham Əliyevin qətiyyətli rəhbərliyi altında müzəffər Azərbaycan Ordusunun II Vətən Müharibəsində qazandığı möhtəşəm qələbədən, bu qələbənin təkcə bizim üçün deyil, bütövlükdə bütün region üçün və eləcə də Asiya və Avropa ölkələrinin kommunikasiyası üçün geniş imkanlar açdığından danışdılar. Qeyd olundu ki, düşmən üzərindəki möhtəşəm qələbəmizdən 5 aya yaxın bir vaxt keçib. Amma buna baxmayaraq biz həmin sevinci bu gün də yaşayırıq və bu hisslər həmişə bizimlə olacaqdır. Biz heç vaxt unutmayacağıq ki, qələbəmiz vətən övladlarının qanı, canı bahasına əldə olunmuşdur. Bizim borcumuz isə onların xatirəsinin əbədi yaşatmaqdır. Təqaüdçü-neftçi, şair Zaməddin Həmşəyev şəhid Rəsman Həmidovun bir çox şeirlərin müəllifi olduğunu tədbir iştirakçılarının nəzərinə çatdırdı. Qeyd etdi ki, uşaqlıq dövründən tanıdığı R.Həmidovun şeirləri dəfələrlə qəzetlərdə çap edilib.
   Turnirin baş hakimi I dərəcəli hakim Fidan Talıbova turnir haqqında ətraflı məlumatın verdi.
   Şəhid R.Həmidovun “And içirəm - əsgər gedirəm” adlı şeiri rayon gənci, tələbə Şəbnəm Feyzilinin ifasında səsləndi.
   Şəhidin atası Mərdan Həmidov oğlunun xatirəsinin uca tutulduğuna və onun adına turnirin keçirilməsində təşəbbüsü olan şəxslərə təşəkkürünü bildirdi.

Keçidlər