Vətən Müharibəsi şəhidlərinin Lökbatan qəsəbəsində yaşayan ailə üzvləri ziyarət olunmuşdur.
15 mart 2021 | 11:00
15.03.2021-ci il tarixində Qaradağ rayon İcra Hakimiyyətinin Vətən müharibəsi İştirakçıları və Şəhid Ailələri ilə işin təşkili şöbəsi və Qafqaz Müsəlmanları İdarəsinin Bibiheybət məscidinin şeyxinin iştirakı ilə Vətən Müharibəsi şəhidlərinin Lökbatan qəsəbəsində yaşayan ailə üzvləri ziyarət olunmuşdur.
Ziyarətə ilk öncə şəhid xiyabanından başlanılmış, şəhidlərin məzarı ziyarət olunmuş və gül dəstələri qoyulmuşdur.
Daha sonra şəhid ailələrinin evləri ziyarət olunmuş bayramla əlaqədar olaraq ərzaq və maddi yardım edilmişdir.
Görüşdə şəhid ailələrinin vəziyyəti ilə tanış olunmuş onları narahat edən məsələlər araşdırılmışdır.