Şriftin ölçüsü :

Saytın rəngi :

Şəhidlər ölməz – Vətən bölünməz

16 mart 2021 | 11:00

   Bu gün Azərbaycanda Novruz bayramı öncəsi ilaxır çərşənbə - Torpaq çərşənbəsi qeyd olunur. Torpaq insan yaradılışının maddi əsası olmaq etibarilə bu prosesdə son dərəcə əhəmiyyətli bir mövqeyə malikdir.
   Bayram günü Qaradağ Rayon İcra Hakimiyyətinin Başçısı Süleyman Mikayılov  Lökbatan qəsəbəsində yerləşən Şəhidlər Xiyabanını ziyarət etmişdir.
   Bayram ərafəsində Vətən müharibəsi şəhidlərinin ailələri ziyarət edilir, onlara bayram sovqatı təqdim edilir.
   Rayon rəhbərliyi şəhid ailələrinin problemlərini diqqət mərkəzində saxlayır, onları narahat edən bütün məsələlərə dərhal aydınlıq gətirilir.
   Bu gün tədbir həlak olanların əziz xatirəsinin bir dəqiqəlik sükutla yad edilməsi ilə başlamışdır.
   İlaxır çərşənbə Şəhidlər xiyabanında və Qaradağ rayonun digər məzarlıqlarında da dəfn edilmiş  şəhidlərin məzarları ziyarət edilmiş, dualar oxunmuş, onların ruhları qarşısında baş əyilmiş, məzarlarına gül dəstələri qoyulmuşdur.
  Azərbaycan Respublikasının suverenliyi və müstəqilliyi uğrunda, Azərbaycan Respublikasının ərazi bütövlüyü uğrunda canından keçmiş Şəhidlərimizə Allahdan rəhmət diləyir, onların xatirəsini ehtiramla yad edirik.

Keçidlər