Şriftin ölçüsü :

Saytın rəngi :

“Xocalı soyqırımı”nı unutma

25 fevral 2021 | 11:00

   “Xocalı soyqırımı”nın 29-cu ildönümü ilə əlaqədar Qaradağ rayonunda silsilə tədbirlər keçirilir.
   Rayon məktəblərinin şagirdləri arasında onlayn qaydada “Xocalı faciəsini unutma” mövzusunda inşa-yazı və rəsm müsabiqələri keçirilmişdir. Rəsm müsabiqəsinə təqdim olunmuş 36 işdən I, II, III yerlər və 5 ədəd fərqlənmiş iş, inşa yazı müsabiqəsinə isə təqdim olunmuş 45 işdən I, II, III yerlər və 5 ədəd fərqlənmiş yazı işi seçilərək mükafatlanmaya layiq görülmüşdür.
   Müsabiqənin keçirilməsində əsas məqsəd erməni şovinistlərinin və Qarabağda fəaliyyət göstərən 366-cı alayın iştirakı ilə baş verən faciənin məktəblilər tərəfindən dəqiq öyrənilməsi və onlarda vətənpərvərlik hisslərinin yüksəldilməsinə xidmət edir.
   Bununla yanaşı, 17 fevraldan başlayaraq Lökbatan qəsəbəsində yerləşən  Heydər Əliyev Mərkəzində və digər aidiyyəti təşkilatlarda Хоcаlı soyqırımının 29-cu ildönümü ilə bağlı beynəlxalq təşkilatların, aparıcı dövlətlərin parlament üzvlərinin, nüfuzlu media nümayəndələrinin elektron ünvanlarına Xocalı soyqırımı haqqında 10000-dən çox məlumat göndərilmişdir.
   Aksiya 26 fevraladək davam edəcəkdir.

 

Keçidlər