Şriftin ölçüsü :

Saytın rəngi :

Ümummilli Lider, Ulu Öndər Heydər Əliyevin anadan olmasının 90-cı ildönümü münasibəti ilə aztəminatlı ailələrə yardım edilmişdir.

11 may 2013 | 10:00

10 may 2013-cü il tarixində Ümummilli Lider, Ulu Öndər Heydər Əliyevin anadan olmasının 90-cı ildönümü  münasibəti ilə rayonun aztəminatlı ailələri ilə görüş keçirilmişdir.
        Tədbirdə Qaradağ Rayon İcra Hakimiyyəti başçısının müavini cənab Mahmud Qubatov və rayon ictimaiyyəti iştirak etmişlər.
        Tədbiri giriş sözü ilə açan Qaradağ Rayon İcra Hakimiyyəti başçısının müavini cənab Mahmud Qubatov görüşdə iştirak edən hər kəsi Ulu Öndər Heydər Əliyevin anadan olmasının 90-cı ildönümü  münasibəti ilə təbrik etmişdir.
Hər bayramda olduğu kimi bu gün də Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin təşəbbüsü ilə yaradılan “Qaradağ rayonunun sosial-iqtisadi inkişafına yardım Fondu” tərəfindən rayonunun aztəminatlı ailələrə bayram payı göndərildiyini bildirərək, bunun bir daha ölkə başçısının diqqət və qayğısının təzahürü kimi vurğulamışdır.
Daha sonra görüş iştirakçıları hər zaman göstərilən diqqət və qayğıya görə ölkə rəhbərliyinə və rayon İcra hakimiyyətinə öz dərin minnətdarlıqlarını bildirmişlər.
Görüşün sonunda Qaradağ rayonu ərazisində yaşayan 3800 aztəminatlı ailəyə rayon İcra hakimiyyəti tərəfindən ərzaq yardımı verilmişdir.

Keçidlər