Qaradağ rayon İcra Hakimiyyətinin başçısı daha bir qazi ilə görüşüb
16 fevral 2021-ci il tarixində Qaradağ rayon İcra Hakimiyyətinin başçısı Süleyman Mikayılov Vətən Müharibəsinin qazisi Səmədov Elnur Eldar oğlu ilə görüşüb.
Qaradağ rayon Ələt qəsəbə sakini olan Elnur Səmədov döyüşlərdə yaralanıb və hazırda müalicəsini evdə, ailəsinin yanında davam etdirir.
31 yaşlı Elnur müddətdən artıq xidmət edən hərbi qulluqçu kimi xidmət edib. 44 günlük Vətən Müharibəsində şərəfli döyüş yolu keçən Elnur döyüşlərin birində yaralanıb.
Qazinin ailəsinin sosial vəziyyəti öyrənilib. Dəstək məqsədilə ilk növbədə qazi üçün özünüməşğulluq proqramı çərçivəsində avtomobillərin yuyulması üçün boks yaradılması qərara alınıb. Eyni zamanda qazinin evində təmir işlərinə başlanılıb.