Şriftin ölçüsü :

Saytın rəngi :

“Təhsil” Respublika İdman Mərkəzinin 11 №li Uşaq Gənclər İdman Məktəbinin Vətən Müharibəsi iştirakçıları ilə onlayn görüş keçirildi

08 fevral 2021 | 11:00

    08 fevral 2021-ci il tarixdə Vətən Müharibəsində iştirakçıları ilə Qaradağ rayon idmançıları və məşqçilərinin virtual yığıncağı keçirildi. Yığıncaqda millət vəkili Aydın Hüseynov, Qaradağ Rayon İcra Hakimiyyəti başçısının müavini Təranə İsmayılova, “Təhsil” Respublika İdman Mərkəzinin direktoru Natiq Lahıcov, Qaradağ rayon Gənclər və İdman  İdarəsinin rəisi Elçin Abbasov, xüsusi təyinatlı qüvvələrin giziri Nazim Məmmədov, Vətən Müharibəsi iştirakçısı Murad İsmayılzadə, xüsusi təyinatlı qüvvələrin giziri, qazi Elvin Vəliyev, müəllimlər, şagirdlər iştirak edirdi.
         Yığıncağın əvvəlində II Qarabağ savaşında və eyni zamanda Azərbaycanın dövlət müstəqilliyi, ərazi bütövlüyü uğrunda canlarını fəda etmiş şəhidlərin xatirəsi bir dəqiqəlik sükutla yad edildi. Tədbiri giriş sözü ilə açan “Təhsil” Respublika İdman Mərkəzinin 11№-li Uşaq-Gənclər İdman Məktəbinin direktoru Natiq Ələkbərov qeyd etdi ki, bu il ilk yığıncağımızı keçiririk. Bu yığıncağımız ayrı yığıncaqlardan onunla fərqlənir ki,  qalib bir ölkənin, düşmən üzərində qələbə çalmış bir millətin vətəndaşları kimi qeyd edirik. Heç vaxt unutmayacağıq ki, bu qələbə qəhrəman övladlarımızın canı, qanı bahasına qazanılmışdır. Azərbaycan Respublikasının Prezidenti  İlham Əliyevin cənablarının elan etdiyi Qarabağ Azərbaycandır və nida işarəsi xalqımızı qələbəyə səsləyən rəhbər çağırış oldu. 44 gün davam edən müharibədə cəmiyyətimizin nümayiş etdirdiyi möhtəşəm səfərbərlik xalqımızın dövlət başçısı ətrafında sıx birləşməsi Qüdrətli Azərbaycanın bütün dünyada özünün təsdiqi kimi qəbul edildi. 44 günlük müharibədə çoxlu sayda yaralı, 3000-ə yaxın şəhid verməyimizə baxmayaraq 1 nəfər də fərari olmayıb. Üç rayonun bir güllə atmadan alınması Ali Baş Komandanın böyük lider olmasının bariz nümunəsidir. Müharibənin qələbə ilə başa çatması Azərbaycanın şanlı ordusu və Prezidentin siyasəti nəticəsində qürurumuzu bizə qaytardı. Ali Baş Komandanın yürütdüyü uzaq görən siyasəti nəticəsində Azərbaycan bandan sonra yalnız inkişaf edəcək. Hər bir vətəndaşımız bu məsələlərdə  fəal olmalı və Prezidentimizin Dəmir yumruğu ətrafında sıx birləşməlidirlər.
   Millət vəkili Aydın Hüseynov Azərbaycan gənclərinin təmsil olunduğu Azərbaycan Ordusunun ermənilər üzərindəki parlaq qələbəsindən, danışdı.
   Azərbaycan Respublikasının Prezidenti, Silahlı Qüvvələrin Ali Baş Komandanı cənab İlham Əliyevin və Azərbaycan ordusunun əvəzsiz xidmətləri xüsusilə vurğulandı. Qarabağa qayıdış böyük dövlət proqramı yaradılıb, dövlət büdcəsindən 2,5 milyard manat vəsait ayrılıb, Qarabağın dirçəliş fondu yaradılıb. İşğaldan azad olunan bütün rayonlarımız, bölgələrimiz dirçələcək, dünyanın mədəniyyət mərkəzi olan Şuşamız, dünya turizm mərkəzi olan Qarabağımız olacaq. Qarabağda yeni, gözəl bir həyat olacaq.
   Sonra çıxış edən xüsusi təyinatlı qüvvələrin giziri Nazim Məmmədov, Vətən Müharibəsi iştirakçısı Murad İsmayılzadə, xüsusi təyinatlı qüvvələrin giziri, qazi Elvin Vəliyev özləri haqqında ümumi məlumat verərək II Qarabağ savaşında keçdikləri hərb yolları haqqında məlumat verdilər. Müharibə getdiyi günlərdə yaşadıqları hissləri görüş iştirakçıları ilə bölüşdülər. İdmançılarda vətənpərvərlik hislərinin daha da güclənməsi üçün öz tövsiyələrini verdilər.
   Azərbaycan Respublikasının Ali Baş Komandanı İlham Əliyevin rəhbərliyi altında düşmən üzərində qazanılmış parlaq qələbənin hər bir azərbaycanlı üçün qürur mənbəyi olduğunu söyləyən Qaradağ Rayon İcra Hakimiyyəti başçısının müavini Təranə İsmayılova həmin qələbənin qazanılmasında istər ön cəbhədə, istərsə də arxa cəbhədə gənclərin şücaətindən danışdı. Müharibə veteranlarının hər birinin həyatı gənclər üçün örnəkdir, nümunədir. Belə tədbirlərin idmançılarımızın sağlam və vətənpərvər ruhda böyüməsinə böyük təsiri olduğunu bildirdi. Şəhid ailələrinə, qazilərimizə, müharibə veteranlarına dövlət qayğısı proqramı həyata keçirilməsindən danışdı.
   “Təhsil” Respublika İdman Mərkəzinin direktoru Natiq Lahıcov çıxış edərək bildirdi ki, bu günki tədbir 44 gün davam edən Vətən Müharibəsində iştirak edərək bizə qələbə sevincini bəxş etmiş idmançı əsgərlərimizi tanıtmaq məqsədi daşıyır. Qəhrəmanlarımızın keçdiyi yol hərb yoludur, özlüyündə böyük bir tarixi hadisədir. Çıxış edən veteranlarımızın keçdiyi hərb yolu  idmançılarımızın öyrənməyi, eşitməyi onlarda vətənpərvərlik hissinin daha da yüksəlməsinə kömək edir. Döyüşlərdə ən çox uğur qazanan döyüşçü fiziki hazırlığı daha da yaxşı olan döyüşçülər olur.
   Qaradağ rayon Gənclər və İdman  İdarəsinin rəisi Elçin Abbasov qeyd etdi ki, uzun illərdən bəri keçirilməkdə olan irimiqyaslı vətənpərvərlik tədbirləri bugünkü gənc nəsildə vətənə məhəbbət, torpağa bağlılıq hisslərinin aşılanmasında bilavasİtə yardımçı olmuşdur.
   Tədbir gənc idmançımızın vətən haqqında dediyi şeirlə yekunlaşdı.

Keçidlər