Şriftin ölçüsü :

Saytın rəngi :

Ulu öndər Heydər Əliyevin 90 illik yubileyi ilə bağlı tədbirlər davam edir.

02 may 2013 | 10:00

Ümummilli lider Heydər Əliyevin 90 illik yubileyi ilə bağlı Qaradağ rayonun bütün idarə, müəssisə, təşkilat, təhsil, səhiyyə və mədəniyyət ocaqlarında silsilə tədbirlər davam etməkdədir.
Məhz belə tədbirlərdən biri də 01 may 2013-cü il tarixində Maliyyə Nazirliyi Dövlət Xəzinadarlığı Agentliyinin Qaradağ rayonu ərazisində yerləşən 5 saylı Xəzinədarlıq İdarəsində keçirilmişdir.
Tədbirdə Qaradağ Rayon İcra Hakimiyyəti başçısının müavini Mahmud Qubatov, 5 saylı Xəzinədarlıq İdarəsinin müdiri Mirzə Mirzəyev iştirak edirdilər.
İlk öncə tədbir iştirakçıları Heydər Əliyev adına parkda Azərbaycan xalqının ümummilli lideri, ulu öndər Heydər Əliyevin abidəsini ziyarət edərək, abidənin önünə tər gül çiçək dəstələri qoydular.
Tədbir iştirakçıları Heydər Əliyev Mərkəzində ulu öndərin həyatını əks etdirən foto şəkillərlə yaxından tanış oldular.
Tədbiri giriş nitqi açan 5 saylı Xəzinədarlıq İdarəsinin müdiri Mirzə Mirzəyev ümummilli lider Heydər Əliyevin keçdiyi zəngin həyat yolundan geniş danışaraq, Azərbaycan Respublikasını böhran vəziyyətdən xilas edərək güclü, dayanıqlı iqtisadiyata malik dövlətə çevrilməsindəki rolundan bəhs etmişdir.

Keçidlər