Şriftin ölçüsü :

Saytın rəngi :

Ümummilli Lider, Ulu Öndər Heydər Əliyevin anadan olmasının 90-cı ildönümü

11 may 2013 | 10:00

10 may 2013-cü il tarixində Lökbatan qəsəbəsində Heydər Əliyev parkında  Ulu Öndərin anadan olmasının 90-cı ildönümü ilə əlaqədar abidəsi önünə əklilqoyma mərasimi keçirilmişdir.

10 may 2013-cü il tarixində Qaradağ rayonu, Lökbatan qəsəbəsindəki Heydər Əliyev adına parkda Azərbaycan xalqının Ümummilli Lideri, Ulu Öndər Heydər Əliyevin anadan olmasının 90-cı ildönümü ilə əlaqədar abidə önünə əklilqoyma mərasimi keçirilmişdir.
Mərasimdə Qaradağ Rayon İcra Hakimiyyəti başçısı cənab Süleyman Mikayılov, başçının müavinləri, Şura üzvləri və rayon ictimaiyyəti iştirak etmişdir.
İlk öncə Qaradağ Rayon İcra Hakimiyyəti başçısı cənab Süleyman Mikayılov və Şura üzvləri abidə önünə əklil və gül dəstələri qoymuşlar.
Daha sonra rayonun idarə, müəssisə və təşkilat rəhbərləri, ardıcıl olaraq mərasimə toplanmış ictimaiyyət nümayəndələri Ümummilli Lider Heydər Əliyevin abidəsi önünə gül dəstələri qoymaqla öz dərin ehtiramlarını bildirmişlər.
Bununla da mərasim sona çatmışdır.

Keçidlər