Şriftin ölçüsü :

Saytın rəngi :

2 fevral Gənclər günü

02 fevral 2021 | 11:00

   1 fevral 2021-ci il tarixdə “2 fevral – Azərbaycan gəncləri günü” münasibətilə rayonun fəal  gənclərinin virtual yığıncağı keçirildi. Yığıncaqda millət vəkili Səbinə Xasayeva, Qaradağ Rayon İcra Hakimiyyəti başçısının müavini Təranə İsmayılova, Bakı şəhər Gənclər və İdman Baş İdarəsinin rəisi Raqif Abbasov, idarə və təşkilat rəhbərləri, fəal gənclər iştirak edirdi.
   Yığıncağın əvvəlində II Qarabağ savaşında və eyni zamanda Azərbaycanın dövlət müstəqilliyi, ərazi bütövlüyü uğrunda canlarını fəda etmiş şəhidlərin xatirəsi bir dəqiqilik sükutla yad edildi. Tədbiri giriş sözü ilə açan Qaradağ rayon Gənclər və İdman İdarəsinin rəisi E.Abbasov Dövlət Gənclər Siyasəti istiqamətində idarənin gördüyü işlər, “2 fevral gənclər günü” münasibətilə keçirilmiş tədbirlər barədə qısa məlumat verdi. Azərbaycanda gənclər hərəkatının tarixindən, müxtəlif tarixi mərhələlərdə gənclərin iştirakından danışaraq Azərbaycan gənclərini vahid təşkilat altında birləşdirmək,  dövlət orqanlarının diqqətini gənclərlə bağlı problemlərə yönəltmək məqsədilə həyata keçirilmiş islahatlarda Ümummilli Lider Heydər Əliyevin əvəzsiz xidmətləri xüsusilə vurğulandı.
   Millət vəkili Səbinə Xasayeva Azərbaycan gənclərinin təmsil olunduğu Azərbaycan Ordusunun ermənilər üzərindəki parlaq qələbəsindən, onların beynəlxalq hərəkatdakı rolundan, Azərbaycan reallıqlarını dünya ictimaiyyətinə çatdırmaq məqsədilə xaricdəki azərbaycanlı diasporaların fəaliyyətindən danışdı.
    Azərbaycan Respublikasının Ali Baş Komandanı İlham Əliyevin rəhbərliyi altında düşmən üzərində qazanılmış parlaq qələbənin hər bir azərbaycanlı üçün qurur mənbəyi olduğunu söyləyən Qaradağ Rayon İcra Hakimiyyəti başçısının müavini Təranə İsmayılova həmin qələbənin qazanılmasında istər ön cəbhədə, istərsə də arxa cabhədə gənclərin şücaətindən danışdı. İri sənaye regionuna çevrilməkdə olan Qaradağ rayonundakı quruculuq və abadlıq işlərindən,  yaxın gələcəkdə reallaşacaq irimiqyaslı layihələrdən söhbət açaraq bu istiqamətdə gənclər üçün böyük perspektivlər açıldığını söylədi.
   Bakı şəhər Gənclər və İdman Baş İdarəsinin rəisi Raqif Abbasov dövlət orqanlarının diqqətini gənclərlə bağlı məsələlərə yönəltmək məqsədilə ölkə Prezidenti cənab İlham Əliyevin həyata keçirdiyi sosial islahatlardan, o cümlədən 2015-2025-ci illərdə Azərbaycan gənclərinin inkişaf strategiyasının, üçün Azərbaycan Gəncliyi 2017-2021-ci illərdə” Dövlət Proqramının qarşıya qoyduğu məsələlərdən söz açdı. Qeyd etdi ki, uzun illərdən bəri keçirilməkdə olan irimiqyaslı vətənpərvərlik təbdirləri bugünkü gənc nəsildə vətənə məhəbbət, torpağa bağlılıq hisslərinin aşılanmasında bilavasıtə yardımçı olmuşdur.
   Gənclər adından çıxış edən Qaradağ Gənclər Evinin direktoru Natiq İmanov və fəal gənc Könül Əhmədova  ölkədəki gənclər hərəkatına, idmana göstərilən diqqət və qayğıya, yaradılan hərtərəfli şəraitə görə Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevə minnətdar olduqlarını bildirdilər.

Keçidlər