Koronavirus (COVİD-19) pandemiyası ilə əlaqədar tətbiq olunan karantin rejiminin vəziyyəti ilə əlaqədar qəsəbələrdə gündəlik reydlər davam etdirilir
28 yanvar 2021-ci il tarixində Qaradağ rayonunda fəaliyyət göstərən Operativ Qərargah tərəfindən yaradılmış 35 mobil qrupların üzvləri ilə birgə koronavirus (COVİD-19) pandemiyası ilə əlaqədar tətbiq olunan karantin rejiminin vəziyyəti ilə əlaqədar növbəti dəfə olaraq rayonun müxtəlif ərazilərində olmuşdur.
Rayonun qəsəbələrində mobil qrup üzvləri küçə və meydanlarda, bankomat qarşısında, marketlərdə olub vətəndaşlarla, satıcılarla, nəqliyyat işçiləri ilə söhbət edib qayğı və problemləri, karantin rejimi qaydalarına əməl olunması vəziyyəti ilə yerindəcə maraqlanıb.
Söhbət zamanı onlar ölkə prezidenti cənab İlham Əliyevin rəhbərliyi ilə koronavirus xəstəliyinin əhalinin sağlamlığına vura biləcək zərərin qarşısının alınmasından ötrü bütün zəruri tədbirlərin vaxtında görüldüyünü diqqətə çatdırmaqla bir daha vətəndaşları müəyyən edilmiş tələblərə ciddi şəkildə əməl etmələrinin, tibbi-mühafizə vasitələrindən, maska və əlcəklərdən müntəzəm istifadə olunmasının, vətəndaşlar arasında sosial məsafənin gözlənilməsinin, əsasən, bankların və ticarət obyektlərinin qarşısında xüsusi işarələnmiş yerlərdə dayanıb növbə gözləməyin vacibliyini bir daha qeyd edilib. Tətbiq olunan karantinin, qarşıya qoyulan tələblərin yalnız əhalinin sağlamlığının qorunmasına və koronavirus pandemiyasının törədə biləcək faciəvi nəticələrini qabaqlamağa xidmət etdiyini ətraflı izah edərək sakinləri bütün bunlara riayət etməyə çağırıb.
Diqqətinizə çatdıraq ki, reyd 142-ə yaxın ticarət obyektərini əhatə etmiş, karantın qaydalarına riayət olunmasına, əlcək və maskalardan istifadə edilməsinə diqqət yetirilməsinin vacibliyi barədə vətəndaşlara və obyekt sahiblərinə məlumat verildi.
Keçirilən reyddə monitorinq qrup üzvlərinin çağırışını rəğbətlə qarşılayan sakinlər koronavirus pandemiyası ilə mübarizədə ölkə Prezidenti cənab İlham Əliyevin vaxtında qəbul etdiyi qərarları alqışladıqlarını, Dövlət Başçısının tapşırığına əsasən və Birinci vitse-prezident Mehriban xanım Əliyevanın rəhbərliyi ilə 18 yanvar 2021-ci il tarixindən ölkəmizdə aparılan əhalinin vaksinləşmə prosesinin izlədiklərini bildirmişlər.