Şriftin ölçüsü :

Saytın rəngi :

Gül bayramı

07 may 2013 | 10:00

06 may 2013-cü il tarixində Lökbatan qəsəbəsində Ümummilli Lider Heydər Əliyevin 90 illik yubileyi ərəfəsində Gül bayramı keçirilmişdir.
Tədbirdə Qaradağ Rayon İcra Hakimiyyəti başçısı cənab Süleyman Mikayılov, millət vəkili Ağalar Vəliyev  aparatının məsul işçiləri, Rayon İcra Hakimiyyətinin təşkilatçılığı ilə Azərbaycan xalqının Ümummilli Lideri Heydər Əliyevin anadan olmasının 90-cı  ildönümünə həsr olunmuş “Heydər Əliyev və Azərbaycan Respublikasının Beynəlxalq gənclər siyasəti" mövzusunda keçirilmiş  Beynəlxalq konfransa gəlmiş Ukrayna və Rusiyanın müxtəlif gənclər təşkilatlarının liderləri və rayon ictimaiyyəti iştirak etmişdir.
Gül bayramı münasibəti ilə Heydər Əliyev parkı 200000 artıq gül çiçəklərlə bəzədilmişdir.
Müxtəlif maraqlı gül kompozisiyaları, güllərdən hazırlanmış müxtəlif əl işləri tədbir iştirakçıları  tərəfindən maraqla seyr edilmişdir.
Tədbir zamanı rayonun özfəaliyyət kollektivlərinin konserti təşkil edilmişdir.

Keçidlər