Şriftin ölçüsü :

Saytın rəngi :

Qaradağ Rayon İcra Hakimiyyəti Başçının yanında Şuranın videobağlantı formatında növbəti iclası keçirildi

26 yanvar 2021 | 11:00

   26 yanvar 2021-ci il tarixində Qaradağ Rayon İcra Hakimiyyəti Başçı Süleyman Mikayılovun sədrliyi ilə Şuranın videobağlantı formatında növbəti iclası keçirildi.
   Şuranın işində rayon İcra hakimiyyəti başçısının yanında Şura üzvləri, rayon İcra hakimiyyətinin şöbə müdirləri və Qaradağ rayonun GEM-in müdiri iştirak edirdi.
Şuranı giriş nitqi ilə açan Rayon İcra Hakimiyyətinin Başçısı Süleyman Mikayılov rayonda koronovirus (COVID-19) infeksiyası ilə aparılan kompleks tədbirlər, hal-hazırda dövlət səviyyəsində həyata keçirilən vaksinasiya və Ölkə Başçısı, Ali Baş Komandan cənab İlham Əliyevin rəhbərliyi ilə son 1 il ərzində əldə edilmiş uğurlar və bütün dünyaya səs salmış nailiyyətlər haqqında danışdı.
   Şurada “Koronovirus (COVID-19) infeksiyasının geniş yayılmasının qarşısının alınması və insanların sağlamlığının qorunması məqsədi ilə həyata keçirilmiş kompleks tədbirlər və görülmüş işlər” barədə RİH başçısının müavini Təranə İsmayılovanın, “Vətən Müharibəsi iştirakçıları və şəhid ailələrinin sosial təminatı və maddi vəziyyətinin yaxşılaşdırılması istiqamətində görülmüş işlər və qarşıda duran vəzifələr” barədə Sosial-iqtisadi inkişafın təhlili və proqnozlaşdırılması şöbəsinin müdiri Şikar Həsənalıyevın, “Qaradağ Rayon İcra Hakimiyyəti başçısının 2020-ci ildə keçirdiyi səyyar və videobağlantı formatında əhalinin qəbulları və bu görüşlərdə qaldırılan məsələlərin icra vəziyyəti” barədə Ərazi idarəetmə və yerli özünüidarəetmə orqanları ilə iş şöbəsinin müdiri İmran Həsənovun və “2020-ci ilin yekunu üzrə RİH başçısı Aparatında vətəndaşların müraciətlərinə baxılması və sənədlərlə işin vəziyyəti haqqında” Sənədlərlə və vətəndaşların müraciətləri ilə iş şöbəsinin müdiri Hicran Xəlilovanın məruzələri dinlənildi.
   Daha sonra Rayon Polis İdarəsinin rəisi İsfəndiyar Mehbalıyev koronovirus (COVID-19) infeksiyasının geniş yayılmasının qarşısının alınması və insanların sağlamlığının qorunması məqsədi ilə Polis işçiləri tərəfindən görülmüş tədbirlər və qarşıda duran vəzifələr haqqında çıxış etdi
   Məruzələr ətrafında çıxışlar bitdikdən sonra Şura iştirakçılarının rayonun sosial-iqtisadi inkişafının və infrastrukturun cari vəziyyəti ilə bağlı sualları, rəyləri və təklifləri dinlənildi.
   Başçı, Şuranın sədri cənab Süleyman Mikayılov Qaradağ rayonunun qəsəbələrində aparılan quruculuq və abadlıq işlərinin aparılmasında, rayon əhalisinin sosial problemlərinin həlli istiqamətlərində müvafiq tapşırıqlarını verdi.

 

Keçidlər