Şriftin ölçüsü :

Saytın rəngi :

Böyük Vətən Müharibəsində faşizm üzərində qələbənin 68-ci ildönümü münasibətilə tədbir

08 may 2013 | 10:00

07 may 2013-cü il tarixində Qaradağ rayonu, Lökbatan qəsəbəsindəki “Şəhidlər”  abidə kompleksinin önünə Böyük Vətən Müharibəsində faşizm üzərində qələbənin 68-ci ildönümü münasibətilə əklilqoyma mərasimi keçirilmişdir.
Tədbirdə Qaradağ Rayon İcra Hakimiyyəti başçısının müavinləri Mahmud Qubatov, Zəfər Əliyev, Şura üzvləri, Böyük Vətən müharibəsi veteranları, arxa cəbhə iştirakçıları, həlak olmuş və ya sonradan vəfat etmiş döyüşçülərinin ailə üzvləri və rayon ictimaiyyəti iştirak etmişdir.
İlk öncə Qaradağ Rayon İcra Hakimiyyəti başçısının müavinləri və Şura üzvləri abidə önünə əklil və gül dəstələri qoymuşlar.
Daha sonra rayonun idarə, müəssisə və təşkilatlar rəhbərləri, ardıcıl olaraq mərasimə toplanmış ictimaiyyət nümayəndələri soyqırımı qurbanlarının əziz xatirəsini yad edərək abidə önünə gül dəstələri qoymaqla öz ehtiramlarını bildirmişlər.

Keçidlər