Heydər Əliyev Mərkəzinin fəaliyyətinin 10 illik yubileyi qeyd olundu
Düz 10 il əvvəl, 21 yanvar 2011-ci il tarixində Azərbaycan Respublikasının Prezident cənab İlham Əliyev Bakının Lökbatan qəsəbəsində Heydər Parkının, Heydər Əliyev Mərkəzinin açılışlarında iştirak etmişdir.
Bu yubiley tarixi ilə əlaqədar bu gün Qaradağ Rayon İcra Hakimiyyətinin başçısı Süleyman Mikayılov Heydər Əliyev Mərkəzinin işçiləri ilə onlayn görüş keçirdi.
Görüşü giriş sözü ilə açan Rayon İcra Hakimiyyətinin başçısı o günü xatırlayaraq bildirdi ki, 10 il əvvəl açılışda olan mərasim iştirakçıları dövlət başçısını hərarətlə qarşıladılar.
Qeyd etdi ki, Ölkə başçısı Lökbatan qəsəbəsinin mərkəzində yerləşən Heydər Parkında aparılmış əsaslı yenidənqurma və abadlıq işləri ilə tanış oldu. O zaman bütün işlərlə tanış olan dövlət başçısı qeyd etdi ki, ölkənin ən böyük sənaye mərkəzlərindən olan Qaradağ rayonunun inkişafı onun daim diqqət mərkəzindədir. Qaradağ rayonunun inkişafı ilə bağlı keçirilən böyük tədbirlər, xüsusi ilə əhalinin sosial problemlərinin həlli istiqamətində atılan mühüm addımlar daim diqqət mərkəzindədir.
Bu 10 il ərzində əsaslı yenidənqurma işləri nəticəsində xeyli genişləndirilmiş Heydər Parkının ərazisi qəsəbə sakinlərinin mənalı istirahəti üçün böyük bir yer olmuşdur.
Bu illərdə müasir müstəqil Azərbaycan dövlətinin memarı və qurucusu, xalqımızın ümummilli lideri Heydər Əliyevin zəngin siyasi irsinin öyrənilməsi və təbliği məqsədilə inşa edilmiş Heydər Əliyev Mərkəzində bir çox ictimai siyasi tədbirlər həyata keçirilmişdir.
Parkın Mərkəzində olan Ulu Öndər Heydər Əliyevin parkda ucaldılmış abidəsini rayon sakinlərinin, ziyalıların and yeri olmuşdur. Bu illər ərzində bütün tədbirlər ilk öncə Ulu Öndərin abidəsinin ziyarətini ilə başlamışdır.
Ötən 10 il ərzində Heydər Əliyev Mərkəzində bir çox beynəlxalq və yerli əhəmiyyətli konfranslar təşkil olunmuşdur
Qarabağın işğal olunması faktını, Xocalı soyqırımı faktını bütün dünyaya çatdırmaq üçün bu illər ərzində yüzlərlə gənc məhz Heydər Əliyev mərkəzindən dünya siyasi liderlərinə və bütün ölkələrin parlament üzvlərinə, dünya siyasətçilərinə elektron məktublar yollamışlar.
Heydər Əliyev Mərkəzinin fəaliyyətini yüksək dəyərləndirən başçı, Mərkəzin bütün işçilərini təbrik etmişdir