20 Yanvar Azərbaycan xalqı üçün unudulmaz tarixdir
Hər bir azərbaycanlı elə etməlidir ki, bizim gənclərimiz tarixi həqiqətləri bilmsinlər. Yaxın tariximizin öyrənilməsi və araşdırılması hər birimiz üçün vacib bir vətəndaşlıq vəzifəsdir. 1990-cı ilin 20 Yanvar faciəsinin öyrənilməsi və gələcək nəsillərə olduğu kimi çatdırılması mənəvi borcumuzdur.
Bizim Qan yaddaşımıza əbədiyən həkk olunmuş 1990-cı ilin 20 Yanvar hadisələri tariximizin özündə faciə və qəhrəmanlığı ehtiva edən unikal səhifədir. Məhz bu tarixi hadisələr Azərbaycanın sonrakı taleyinə əhəmiyyətli təsiri olan dönüş anı oldu.
Bütün bəşəriyyət bilməlidir ki, 20 Yanvar hadisələri Azərbaycan xalqına qarşı törədilmiş böyük bir cinayətdir.
O gün Bakıda gecəyarı fövqəladə vəziyyət tətbiq edilmiş və bu barədə əhali xəbərdar edilməmişdir.
Fövqəladə vəziyyətin tətbiqi əhaliyə elan olunanadək isə hərbi qulluqçular 82 nəfəri amansızcasına qətlə yetirmiş, 20 nəfəri ölümcül yaralamışlar.
Fövqəladə vəziyyət elan edildikdən sonra isə yanvarın 20-də və sonrakı günlərdə Bakı şəhərində 21 nəfər öldürülmüşdür.
Fövqəladə vəziyyətin elan olunmadığı rayonlarda yanvarın 25-də Neftçala, yanvarın 26-da Lənkəranda daha 8 nəfər qətlə yetirilmişdir. Ümumilikdə 131 nəfər öldürülmüş, 744 nəfər yaralanmış, 841 nəfər qanunsuz həbs olunmuş, 200 ev və mənzil, 80 avtomaşın, o cümlədən təcili yardım maşınları, yandırıcı güllələrin törətdiyi yanğın nəticəsində dövlət əmlakı və şəxsi əmlak məhv edilmişdir.
Qanlı hadisə olan 20 Yanvar faciəsi dünya azərbaycanlıların təşkilatlanmasına səbəb oldu. Faciədən sonra Azərbaycanda sovet imperiyası özünün bütün mənəvi və sosial dayaqlarını itirdi, ölkənin müstəqilliyi ideyası ümummilli amala çevrildi, dünya azərbaycanlıları yeni siyasi tariximizdə ilk dəfə olaraq milli faciəmizin tanıdılması və nəticələrinin aradan qaldırılması naminə yaşadıqları müxtəlif ölkələrdə təşkilatlanmağa başladılar.
Hər birimiz çün 20 Yanvar unudulmaz tarixdir. 20 Yanvar hadisələrinin Azərbaycanın suverenliyi, müstəqilliyi və ərazi bütövlüyü uğrunda mübarizədə həm rəmzi mənası, həm də fenomenal rolu oldu. 20 Yanvar faciəsinin yaratdığı ictimai-siyasi reallıq süqutu yaxınlaşan SSRİ-də və soyuq müharibənin bitməsi ərəfəsində beynəlxalq arenada formalaşan geosiyasi situasiya fonunda əvvəlcə Azərbaycan SSR-də, sonra müstəqil Azərbaycanda zəncirvarı tarixi proseslərə təkan verdi
Eldəniz Eyvazov,
Qobustan qəsəbə sakini