Şriftin ölçüsü :

Saytın rəngi :

Böyük Vətən Müharibəsində faşizm üzərində qələbənin 68-ci ildönümü münasibətilə tədbir keçirilmişdir.

08 may 2013 | 10:00

07 may 2013-ci il tarixində YAP Qaradağ Rayon Təşkilatının binasında  Böyük Vətən Müharibəsində faşizm üzərində qələbənin 68-ci ildönümü münasibətilə Böyük Vətən Müharibəsinin iştirakçıları ilə görüş keçirilmişdir.
Görüşdə Qaradağ Rayon İcra Hakimiyyəti başçısının müavini Zəfər Əliyev və rayon ictimaiyyəti iştirak etmişdir.
Görüş zamanı öz çıxışında Qaradağ Rayon İcra Hakimiyyəti başçısının müavini Zəfər Əliyev Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin hər il imzaladığı “1941-1945-ci illər Böyük Vətən müharibəsinin iştirakçılarına, həlak olmuş və ya sonradan vəfat etmiş döyüşçülərinin dul arvadlarına, arxa cəbhədə fədakar əməyinə görə orden və medallarla təltif edilmiş şəxslərə birdəfəlik maddi yardım verilməsi barədə” sərəncamının əhəmiyyətini vurğulayaraq bunun bir daha dövlətimizin onlara göstərdiyi daimi diqqət və qayğısının bariz nümunəsi olduğundan danışmışdır.
Daha sonra 100 nəfər Böyük Vətən Müharibəsinin iştirakçılarına Qaradağ Rayon İcra Hakimiyyəti tərəfindən maddi yardım verilmişdir.

Keçidlər