Şriftin ölçüsü :

Saytın rəngi :

Şəhidlər ölməz, Vətən bölünməz!

20 yanvar 2021 | 11:00

   Qaradağ Rayon İcra Hakimiyyətinin Başçısı Süleyman Mikayılov  Lökbatan qəsəbəsində yerləşən Şəhidlər Xiyabanını ziyarət etmişdir.
   Tədbirdən öncə 20 Yanvar faciəsinin iştirakçılarının və 20 yanvar şəhidinin ailələri ziyarət edilmişdir. Rayon rəhbərliyi 20 Yanvar faciəsi əlillərinin və şəhid ailəsinin problemləri ilə maraqlandı, onları narahat edən məsələlərə aydınlıq gətirildi. Görüş zamanı 20 Yanvar faciəsi əlillərinə və şəhid ailəsinə maddi və ərzaq yardımı göstərildi.
   Tədbir 20 Yanvar faciəsində həlak olanların əziz xatirəsinin bir dəqiqəlik sükutla yad edilməsi ilə başladı.
    Daha sonra 20 yanvar tarixidə dünyaya gələn şəhid Surxayev Yunis Rafiq oğlunun məzarı ziyarət edildi, doğum günü münasibəti ilə qızıl gül dəstəsi məzarına qoyuldu.
   Daha sonra Şəhidlər xiyabanında bütün şəhidlərin ruhuna dualar oxundu, onların məzarlarına tər gül çiçək dəstələri qoyuldu.
Azərbaycan Respublikasının suverenliyi və müstəqilliyi uğrunda, Azərbaycan Respublikasının ərazi bütövlüyü uğrunda canından keçmiş Şəhidlərimizə Allahdan rəhmət diləyir, onların xatirəsini ehtiramla yad edirik.

Keçidlər