Şriftin ölçüsü :

Saytın rəngi :

Yanvar ayının 19-dən Qaradağ rayonunda COVİD 19 koronavirus infeksiyası ilə mübarizə çərçivəsində vaksinasiya prosesi başlayıb.

19 yanvar 2021 | 11:00

   Koronovirus (COVID-19) infeksiyasının yayılmasının qarşısının alınması ilə bağlı Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin tapşırığına əsasən və Birinci vitse-prezident Mehriban xanım Əliyevanın rəhbərliyi ilə ölkəmizdə 2021-ci ilin yanvarın 19-dan əhalinin vaksinləşmə prosesi başlanılmışdır.
    Ölkənin hər yerində olduğu kimi, Qaradağ rayonunda da vaksinasiyaya ilkin mərhələdə tibb işçiləri və 65 yaşdan yuxarı şəxslər cəlb olunacaq.
    Qaradağ rayonunda 6 tibb müəssisəsində, o cümlədən 13 nömrəli Şəhər Poliklinikasında, 32 nömrəli Şəhər Poliklinikasında, 9 nömrəli Birləşmiş Şəhər Xəstəxanasında, 17 nömrəli Birləşmiş Şəhər Xəstəxanasında, 19 nömrəli Birləşmiş Şəhər Xəstəxanasında, 23 nömrəli Birləşmiş Şəhər Xəstəxanasında “Sinovac” vaksini ilə peyvəndlənməsi üçün iki kabinet ayrılıb.
    17 saylı Birləşmiş Şəhər Xəstəxanasının baş həkimi Elmira Rafailova bildirib ki, poliklinikanın əksər işçisi vaksinasiya olunacaq və onlar özləri də buna hazırdırlar. O qeyd edib ki, “Bizim müəssisədə işləyən tibb işçiləri çox gözəl anlayırlar ki, bu vaksinasiya dövlət başçısının bir başa xalqın qayğısına qalmasıdır. Bu gün işdə olan tibb işçiləri bir-bir yoxlanılacaq və onlara vaksin vurulacaq. İşçilərimiz vaksinasiya olunmazdan əvvəl “Peyvənddən əvvəl həkim müayinəsi” otağında yoxlanılacaq. Hər bir şəxsin hər hansı xəstəliyi (ürək əməliyyatı keçirməyibsə, qan xəstəlikləri, dördüncü dərəcəli onkoloji problemi, ağır allergiyası yoxdursa və s.), hərarəti və təzyiqi yoxdursa, onu vaksinasiya kabinetinə göndərirlər. Vaksinasiyadan sonra şəxslər 30 dəqiqə oturaq vəziyyətdə olmalıdır”.
     Daha sonra Elmira Rafailova bildirib ki, vaksinasiya hər kəs üçün iki dəfə vurulacaq:
     “Birinci dozadan 21 gün sonra ikinci doza vaksin vurulur. Hər doza 0,5 qr olmaqla vurulacaq. Bütün proseslərin qeydiyyatı aparılacaq və heç bir gecikmə ola bilməz. Tam olaraq 21 gündən sonra növbəti vaksinasiya aparılacaq və bununla da proses tamamlanmış olacaq”.
    Qeyd edib ki, onların müəssisəsində Qobustan qəsəbəsindən əlavə yaxın olan qəsəbələrdən də olan 50 yaşdan yuxarı insanlar peyvənd olacaq.
    Qaradağ rayonu üzrə ilk olaraq tibb işçiləri peyvənd olunur. Daha sonra 50-64 yaş arası və 65 yaşdan yuxarı şəxslər qrafik üzrə vaksinasiya ediləcək.
    Qeyd edək ki, 18 yaşdan aşağı şəxslərə vaksin vurulmur.

Keçidlər