“Mədəniyyətlərarası Dialoq və Humanitar əlaqələrin inkişafında Gənclər təşkilatlarının rolu” mövzusunda dəyirmi masa keçirilmişdir.
04 may 2013-cü il tarixində Qaradağ rayonu, Lökbatan qəsəbəsindəki Heydər Əliyev Mərkəzində “Mədəniyyətlərarası Dialoq və Humanitar əlaqələrin inkişafında Gənclər təşkilatlarının rolu” mövzusunda dəyirmi masa keçirilmişdir.
Tədbirdə Qaradağ Rayon İcra Hakimiyyəti başçısının müavinləri Mahmud Qubatov və Zəfər Əliyev, Azərbaycan Respublikasının Prezidenti yanında Dövlət İdarəçilik Akademiyasının Strateji Araşdırmalar Mərkəzinin direktoru, fəlsəfə elmləri doktoru Elman Nəsirov, Qaradağ rayon Heydər Əliyev Mərkəzinin direktoru Hicran Xəlilova, Beynəlxalq konfrans çərçivəsində ölkəmizə Ukrayna və Rusiyadan gəlmiş nümayəndə heyəti və rayonun fəal gəncləri iştirak edirdi.
İlk öncə çıxış edən Qaradağ Rayon İcra Hakimiyyəti başçısının müavini Mahmud Qubatov dünyada mədəniyyətlərarası dialoqun rolunun dominantlıq təşkil etdiyini və qlobal problemlərin intellektual, mədəni, tolerant müstəvidə həllinin olduqca önəmli olduğunu bildirdi. Öz növbəsində bu sahədə potensialı və dəyərləri güclü olan ölkələrin dialoq məsələlərində təşəbbüslərinin və rolunun artırılması çox məqsədəuyğun olmasını diqqətə çatdırdı. Azərbaycanın isə dünyada bu baxımdan güclü ənənələrə, potensiala və əzmə malik bir ölkə kimi dəyərləndirildiyini söylədi. Bunun isə təməli ulu öndər Heydər Əliyev tərəfindən qoyulan və bu gün də möhətərəm Prezidentimiz cənab İlham Əliyev tərəfində uğurla davam etdirilən siyasi kursun nəticəsində əldə edildiyini vurğuladı.
Digər natiqlər isə öz çıxışlarında ölkəmizin bu sahədə dünyaya açıq olduğunu bariz şəkildə sərgilədiyini və mədəniyyətlərarası dialoq mövzusunu dünya dövlətlərinin elmi-mədəni elitası ilə birgə ən ali səviyyədə müzakirə etməyə üstünlük verdiyini bildirdilər. 2011-ci ildə Azərbaycanın irəli sürdüyü və BMT-nin Sivilizasiyalar Alyansı, YUNESKO, Avropa Şurası, Avropa Şurasının Şimal-Cənub Mərkəzi və İSESKO-nun dəstəklədiyi təşəbbüslə Bakıda keçirilmiş Ümumdünya Mədəniyyətlərarası Dialoq Forumu da bunu gözəl sübut edir. Mədəniyyətlərarası dialoqun konseptual, idarəçilik, siyasi və praktik cəhətlərdən açılmasını ehtiva etməklə bu təşəbbüsün böyük aktuallıq kəsb etdiyini qeyd etdilər. Xüsusən də bu kontekstdə mədəniyyətlərarası dialoq məkanı kimi Azərbaycan modelinin özünəməxsusluğu, üstünlüyü və dünyaya verəcəyi töhfələr ciddi müzakirə mövzusu olacağını diqqət çəkdilər. Məhz bu sahədə gənclərin təşkilatlanmasının vacib olmasının əhəmiyyətini bildirdilər.
Daha sonra Beynəlxalq Münasibətlər universitetinin bakalavr və aspirantların Elmi Cəmiyyətinin rəhbəri Yaroslav Linkeviç “Humanitar sahədə Ukrayna və Azərbaycan Respublikası arasında əməkdaşlıq perspektivləri”, Taras Şevçenko adına Kiyev Milli Universitetinin, 6-cı kurs magistrantı, Ümumukrayna Tələbə Şurasının üzvü Sobolevskiy Pavel Andreyeviç “Ukrayna və Azərbaycan arasında strateji əməkdaşlıq nümunəsi kimi Təhsil”, Azərbaycan Gənc Diplomatlar Birliyinin Baş katibi İbrahimov Eltun Fərəc oğlu “Heydər Əliyev və Azərbaycanın dövlət gənclər siyasəti”, Dnepropetrovsk vilayəti Azərbaycan Gəncləri İttifaqinin sədri Bəkirova Elza Faiq qizi “UkraynaAzərbaycan Gənclər İttifaqının diaspor fəaliyyəti”, "Cəbhə" VOLSU könüllü Gənclər mərkəzi mütəxəssisi Səidhəsənova Elnarə Umalatovna “Volqoqrad Vilayəti Olimpiya könüllülük inkişafi”, Tələbə SSA IMO beynəlxalq şöbəsinin müdiri Nemçenko İvan “Ukrayna-Azərbaycan münasibətləri çərçivəsində Ukrayna xarici siyasətinin əsas istiqamətləri” mövzularında çıxışları dinlənildi. Çıxış ətrafında müzakirələr aparıldı.