Şriftin ölçüsü :

Saytın rəngi :

Lökbatan qəsəbəsində Ümummilli Lider Heydər Əliyevin 90 illik yubileyinə həsr edilmiş konsert təşkil edilmişdir.

07 may 2013 | 10:00

06 may 2013-cü il tarixində Lökbatan qəsəbəsində Ümummilli Lider Heydər Əliyevin 90 illik yubileyinə həsr edilmiş konsert təşkil edilmişdir.
Tədbirdə Qaradağ Rayon İcra Hakimiyyəti başçısı cənab Süleyman Mikayılov, millət vəkili Ağalar Vəliyev  aparatının məsul işçiləri, Rayon İcra Hakimiyyətinin təşkilatçılığı ilə Azərbaycan xalqının Ümummilli Lideri Heydər Əliyevin anadan olmasının 90-cı  ildönümünə həsr olunmuş “Heydər Əliyev və Azərbaycan Respublikasının Beynəlxalq gənclər siyasəti" mövzusunda keçirilmiş  Beynəlxalq konfransa gəlmiş Ukrayna və Rusiyanın müxtəlif gənclər təşkilatlarının liderləri və rayon ictimaiyyəti iştirak etmişdir.
İki saatdan artıq davam edən konsertdə respublikanın xalq artistləri Faiq Ağayev, Ağadadaş Ağayev, əməkdar artistlər Aygün Bəylər, Lalə Məmmədova, Ədalət Şükürov, Gülüstan Əliyeva, tanınmış müğənnilər Nadir Qafarzadə, Xəyyam Nissanov, Elnarə, Natəvan Həbibi, Vasif Məhərrəmli, Ayan, Almaz Ələsgərli, Zamiq, Orxan və “Qala” qrupu çıxış etmişlər.
Konsertin sonunda atəşfəşanlıq olmuşdur.

Keçidlər