Şriftin ölçüsü :

Saytın rəngi :

Azərbaycan xalqının ümummilli lideri Heydər Əliyevin anadan olmasının 90-cı ildönümünə həsr olunmuş “Heydər Əliyev və Azərbaycan Respublikasının Beynəlxalq Gənclər siyasəti” mövzusunda beynəlxalq konfrans öz işinə başlamışdır.

05 may 2013 | 10:00

04 may 2013-cü il tarixində Qaradağ rayonu, Lökbatan qəsəbəsindəki Heydər Əliyev Mərkəzində Qaradağ Rayon İcra Hakimiyyətinin təşkilatçılığı ilə Azərbaycan  xalqının  ümummilli  lideri Heydər Əliyevin anadan olmasının 90-cı  ildönümünə həsr olunmuş “Heydər Əliyev və Azərbaycan Respublikasının Beynəlxalq Gənclər siyasəti” mövzusunda beynəlxalq konfrans keçirilmişdir.
Beynəlxalq konfrans çərçivəsində ölkəmizə Rusiyadan və Ukraynadan nümayəndələr qatılmışdır.
İlk öncə tədbirə gələn qonaqlar Fəxri xiyabanda ümummilli lider Heydər Əliyevin və görkəmli oftalmoloq alim Zərifə xanım Əliyevanın məzarlarını ziyarət edib, tər gül dəstələri qoyaraq öz dərin ehtiramlarını bildirdilər.
Konfransa gəlmiş qonaqlar Heydər Əliyev Mərkəzində ulu öndərin həyatını əks etdirən foto şəkillərlə yaxından tanış oldular.
Tədbirdə Qaradağ Rayon İcra Hakimiyyəti başçısı Süleyman Mikayılov, Azərbaycan Respublikası Prezidenti Administrasiyasının İctimai-siyasi məsələlər şöbəsinin müdiri Əli Həsənov, Azərbaycan Respublikasının Gənclər və İdman nazirinin müavini İntiqam Babayev, Milli Məclisin deputatları Ağalar Vəliyev və Mixail Zabelin, Ukrayna Respublikasının Azərbaycan Respublikasındakı  Fövqəladə və Səlahiyyətli səfirinin nümayəndəsi, Rusiya Federasiyasının Volqoqrad vilayətindən və Ukrayna Respublikasından gəlmiş gənclər və rayonun ictimai-siyasi həyatında rol oynayan  gənclər iştirak edirdilər.
Tədbirin açılışında Azərbaycanın himni səsləndi. Azərbaycan gəncliyi ilə bağlı qısametrajlı film nümayiş etdirildi.
Giriş nitqi ilə çıxış edən Qaradağ Rayon İcra Hakimiyyəti başçısı Süleyman Mikayılov konfransa toplaşan hər kəsi salamlayaraq Azərbaycan gənclərinin günümüzün müasir, inkişaf etmiş, yüksək intellektli aparıcı qüvvə kimi formalaşmasında, birmənalı olaraq, dövlətimizin apardığı gənclər siyasətinin mühüm rolu olduğunu qeyd edərək, bu siyasətin banisinin məhz xalqımızın ümummilli lideri Heydər Əliyevin olduğunu vurğuladı. Ulu öndər Heydər Əliyevin gənclər siyasəti əsrlər boyu xalqımızın malik olduğu milli mənəvi dəyərlər əsasında, müstəqillik, dövlətçilik, azadlıq və onların qorunması uğrunda mübariz ruhlu gənc nəslin yetişdirilməsindən ibarət olmasını bildirdi.
Azərbaycan Respublikası Prezidenti Administrasiyasının İctimai-siyasi məsələlər şöbəsinin müdiri Əli Həsənov öz nitqində gənclərin hər bir ölkənin ictimai-siyasi, sosial-iqtisadi, elmi-mədəni-humanitar həyatında mühüm rola malik potensial qüvvə kimi mühüm yer tutduğunu bildirdi. Gənclər yeni potensial olaraq, güc, yeniləşmə, müasirləşmə, inkişaf, proqressiya və modernləşmə strategiyasının təməl sütunları deməkdir. Ulu öndər Heydər Əliyev həmişə gənclərə güvənərək onlara böyük etimad göstərib. Azərbaycanda gənclər siyasəti həmişə dövlət siyasətinin əsas tərkib hissəsi kimi xüsusi yer tutub. Azərbaycan gəncliyi dövlətin diqqət və qayğısını hər zaman öz üzərində hiss edib.
Azərbaycan Respublikasının Gənclər və İdman nazirinin müavini İntiqam Babayev ulu öndər Heydər Əliyev tərəfindən qoyulan gənclər siyasətinin əsas məqsədinin yeni nəslin fiziki, mənəvi-psixoloji cəhətdən sağlam yetişməsini, istedadlı gənclərin üzə çıxarılması və onların ölkənin gələcəyinə töhfə verməsini təmin etdiyini bildirdi. “Gənc istedadlar üçün xüsusi təqaüdlərin təsis edilməsi haqqında”, Dövlət gənclər siyasəti haqqında” qanun, fərman və sərəncamlar, həmçinin, “Gənc ailə”, “İstedadlı yeniyetmələrin və yaradıcı gənclərin sosial, iqtisadi və s. problemlərinin həllinə yönəlmiş, onların öz qabiliyyətlərini inkişaf etdirmələrinə kömək edən Dövlət Proqramı” və digər proqramlar çərçivəsində ölkəmizdə gənclərin sosial-maddi şəraitinin yüksəldilməsi, ictimai fəallığının artırılması istiqamətində mühüm fundamental baza olduğunu qeyd etdi.
Milli Məclisin deputatı Ağalar Vəliyev Azərbaycanda müstəqillik dövrünün ilk illərində hökm sürən hərc-mərclik şəraitində çox sayda gənclər təşkilatları yaransa da, onların əksəriyyətində siyasiləşmə meyilləri öz əksini tapdığını bildirdi. Lakin Azərbaycanın müstəqilliyi və ərazi bütövlüyünün qorunması, ölkədə hüquqi demokratik dövlət quruculuğu prosesinin həyata keçirilməsi vəzifələri gənclərin ayrı-ayrı siyasi qurumlarda deyil, ümummilli dövlət mənafeləri əsasında səfərbər olunması, vahid gənclər siyasətinin hazırlanıb həyata keçirilməsi zərurətini ortaya atdı. Məhz ümummilli lider Heydər Əliyevin ölkə rəhbəri olduğu ilk dövrlərdən gənclərin himayədarı olaraq sağlam düşüncəli yeni nəslin yetişdirilməsini dövlət və cəmiyyətin mühüm vəzifəsi hesab etdiyini söylədi.
Milli Məclisin deputatı Mixail Zabelin isə öz növbəsində məhz həyata keçirilən məqsədyönlü siyasətin nəticəsində, bu gün Azərbaycanda yüksək intellektual səviyyəyə, vətənpərvərik hissinə, milli düşüncəyə malik gənclər formalaşdığı vurğuladı. Azərbaycan gəncləri gündən-günə ölkənin ictimai-siyasi həyatında daha böyük rol oynayır. Hazırda respublikada mövcud olan yüzlərlə qeyri-hökümət və gənclər təşkilatlarının aktiv fəaliyyəti dövlətin yaratdığı şərait sayəsində mümkün olub.
Yeni Azərbaycan Partiyası Gənclər Birliyinin sədri Seymur Orucov öz nitqində gənclər respublikamızın ictimai-siyasi həyatında fəal iştirak etdiklərini, hər bir işə yüksək təşəbbüskarlıqla yanaşdıqlarını qeyd etdi.
Daha sonra Taras Şevçenko adına Kiyev Milli Universitetinin maqistratura 5-ci kurs tələbəsi, Kiyev Şəhər Tələbə Şurasının üzvü İvanova İlona İqorevna “Ukrayna və Azərbaycan təhsil fəzalarının perspektivləri”, Volqoqrad vilayətinin Gənclər Birliyinin rəhbəri Bəşirov Timur Talipoviç “Volqoqrad Vilayətində Gənclərin özünüidarəetməsi və bu sahədə beynəlxalq  əməkdaşlıq”, Taras Şevçenko adına Kiyev Milli Beynəlxalq Münasibətlər Universiteti, Beynəlxalq Biznes fakultəsinin 4-cü kurs tələbəsi Dubrovnaya Yuliya Anatolyevna “Ölkənin aparıcı təhsil müəssisələrinin səviyyəsində təhsil sahəsində Ukrayna ilə əməkdaşlıq çərçivəsində Azərbaycan Respublikası gənclər siyasətinin ölçülməsi”, Azərbaycan Gənclərinin Avropaya İnteqrasiyası Təşkilatının sədri Gülsel Səfərova “Avrointeqrasiya prosesinə Ümummilli lider Heydər Əliyevin töhfəsi”, Volqoqrad regional “İntegral” ictimai gənclər təşkilatının Əlaqələndirilmə Şurasının sədri Aleşeçkin Aleksandr Borisoviç “Gənclər elmi və texniki işlərin inkişafinda beynəlxalq əməkdaşlıq” mövzularında çıxışları dinlənildi.

Keçidlər