Şriftin ölçüsü :

Saytın rəngi :

“Heydər Əliyev və Azərbaycan Respublikasının beynəlxalq gənclər siyasəti" mövzusunda Beynəlxalq konfrans

04 may 2013 | 10:00

04-05 may 2013-cü il tarixlərində Qaradağ Rayon İcra Hakimiyyətinin təşkilatçılığı ilə Azərbaycan xalqının Ümummilli Lideri Heydər Əliyevin anadan olmasının 90-cı  ildönümünə həsr olunmuş “Heydər Əliyev və Azərbaycan Respublikasının Beynəlxalq gənclər siyasəti" mövzusunda Beynəlxalq konfrans keçiriləcəkdir.
Konfransda Ukrayna və Rusiyadan gənclər təşkilatlarının nümayəndə heyətləri iştirak edəcəklər.
Konfrans iştirakçıları öncə Fəxri Xiyabanda Ulu Öndər, Ümummilli Lider Heydər Əliyevin məzarını ziyarət edəcəklər.
Konfrans Qaradağ rayonu, Lökbatan qəsəbəsi, Heydər Əliyev Mərkəzində keçiriləcəkdir. 
İki gün davam edəcək konfransda “Azərbaycan Respublikasının beynəlxalq gənclər siyasətinin formalaşdırılmasında Heydər Əliyevin rolu” müzakirə olunacaqdır.
Konfrans işində iştirak edən xarici qonaqlar Heydər Əliyev Fondunu ziyarət edəcək, Muğam Mərkəzi ilə tanış olacaq, Bakı bulvarında gəzinti zamanı Xəzərdə dəniz səyahətinə çıxacaqlar.
Qonaqlar həmçinin Bakının tarixi abidəsi olan İçəri şəhərdə gəzintidə olacaqlar.

Keçidlər