Şriftin ölçüsü :

Saytın rəngi :

Lökbatan qəsəbəsində “Abad məhəllə” sakinlərin istifadəsinə verilmişdir

17 dekabr 2020 | 11:00

   Rayonun bütün qəsəbələrində əhalinin asudə vaxtının təşkili və səmərəli istirahətinin təmin edilməsi üçün abad məhəllənin salınması üçün yerlər ayrılır.
  Lökbatan qəsəbəsinin D.Bünyatzadə küçəsində 14, 14a və 14b binalarının həyətində salınmış növbəti abad məhəllə istifadəyə verilmişdir. 
  Ətraf ərazilər abadlaşdırıldı, yeni yaşıllıq zolaqları salındı, abad məhəllədə kölgəliklər və uşaq meydançaları quraşdırıldı. Ətrafda olan çoxmərtəbəli yaşayış  binaların fasadları və giriş qəfəsləri təmir edildi. Şüşələnmə və boyaq işləri görüldü, binaların həyətində asfalt örtüyü salınıb və küçə işıqları quraşdırılmışdır. Binaların dam örtüyü də yenilənmişdir.


 

Keçidlər