Şriftin ölçüsü :

Saytın rəngi :

Lökbatan qəsəbəsində yerləşən Cabbar Qaryağdıoğlu adına 9 nömrəli uşaq musiqi məktəbi üçün yeni binanın inşası davam edir

30 aprel 2013 | 10:00

Respublikamızda geniş vüsət alan sosial-iqtisadi inkişaf, aparılan quruculuq və abadlıq işləri Qaradağ rayonunda da yüksək templə davam etməkdədir.
Belə ki, Azərbaycan Respublikasının Prezidentinin 04 may 2011-ci il tarixli Sərəncamı ilə “2011-2013-cü illərdə Bakı şəhərinin və onun qəsəbələrinin sosial-iqtisadi inkişafına dair Dövlət Proqramı” çərçivəsində həyata keçirilən Tədbirlər Planına əsasən rayonumuz qəsəbələrində enerji daşıyıcıları, kommunal xidmətlərlə təminatının yaxşılaşdırılması istiqamətində xeyli işlər görülür eləcə də, təhsil, səhiyyə, mədəniyyət, gənclər və idman sahələri üzrə sosial obyektlər əsaslı təmir olunur, yeniləri inşa edilir.
Məhz müvafiq Dövlət Proqramına əsasən yenidən qurulan mədəniyyət ocaqlarından biri də Lökbatan qəsəbəsində yerləşən Cabbar Qaryağdıoğlu adına 9 nömrəli uşaq musiqi məktəbidir. Yeni tikilən üç mərtəbəli musiqi məktəbinin binası 23 fərdi məşğələ otağından, 5 qrup məşğələ, 2 ədəd xor, 1 ədəd zərb alətləri otaqlarından, kitabxana (oxu zalı və ototeka otağı), kiçik və böyük zallardan, 3 kabinet, 2 anbar və bufet mövcud olacaqdır.

Keçidlər