Şriftin ölçüsü :

Saytın rəngi :

Ulu öndər Heydər Əliyevin 90 illik yubileyinə həsr olunmuş cüdo üzrə Qaradağ rayon açıq birinciliyi keçirilmişdir

30 aprel 2013 | 10:00

Yarışda Bakı şəhərinin Qaradağ, Nərimanov, Binəqədi, Xətai, Səbail, Xəzər, Nizami komandaları ilə yanaşı respublikamızın Qusar, Ağdam, Siyəzən, Xızı, Bərdə, Şirvan, Səlyan, Gəncə, Sumqayıt, Şamaxı və Mingəçevir bölgələrindən gəlmiş 300-ə yaxın idmançı iştirak edirdi.
Turnirin açılış mərasimində Bakı şəhər Gənclər və İdman Baş İdarəsinin rəis müavini Aydın Yusifov, Qaradağ rayon Gənclər və İdman  İdarəsinin rəisi Elçin Abbasov, Azərbaycan Cüdo Federasiyasının vitse prezidenti Matvey Yelizarov cıxış etdilər. Çıxış edən hər bir natiq ulu öndər Heydər Əliyevin müstəqil dövlətimizin gələcəyi olan gənc nəslin hərtərəfli inkişaf etdirilməsi, onların sağlam düşüncəli, vətənpərvər gənclər kimi yetişməsi üçün daim xüsusi diqqət və qayğı yetirdiyini qeyd etdilər. Məhz həmin siyasətin bu gün də möhtərəm Prezidentimiz İlham Əliyev tərəfindən uğurla həyata keçirilməsinin nəticəsi kimi idmançılarımız qələbələrinin artdığını vurğuladılar.
İki gün davam edən yarışın sonunda 11 çəki dərəcəsində keçirilmiş yarışda qalib yerləri tutmuş idmançılar müvafiq dərəcəli diplomlar, medal və xatirə hədiyyələrləri ilə mükafatlandırıldılar.

Keçidlər